Fariz Həsənli Apellyasiya məhkəməsinə üz tutdu

Fariz Həsənli Apellyasiya məhkəməsinə üz tutdu
 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Fariz Həsənli Mərkəzi Seçki Komisiyyasının (MSK) qərarından Apellyasiya şikayəti 
  verib.
 
  Sfera.az-ın məlumatına görə, Fariz Həsənli bu haqda sosial şəbəkədə paylaşım edib. Onun paylaşımını təqdim edirik.
 
1.  MSK qərarından sonra Şəki Apellyasiya məhkəməsinə müraciət etdik və şikayətimiz təmin olunmadı.
2.  Apellyasiya qərarı nəticəsində Ali Məhkəməyə müraciət etmişik. Gözləyirik.
3.  5 Martda isə MSK nəticələrinə Konstitusiya məhkəməsi baxacaq və yekun qərarını verəcək.
4.  110 saylı dairənin ləğvi ilə bağlı həm Prezidentə, həm də Konstitusiya məhkəməsinə müraciət üçün sakinlərimizdən 2200 imza topladıq və
    təqdim etdik.
5.  Dünən bitərəf namizədlərin təşəbbüsü ilə ölkə üzrə seçkilərin ləğvi ilə bağlı bəyanat hazırlandı. Sizi təmsilən mən də imza atdım və
    tədbirdə şəxsən iştirak etdim.
             
   Qısacası tempi artıraraq mübarizəyə davam edirik.

    Sizi Təmsil etmək Şərəfdir.

OXŞAR XƏBƏRLƏR