No Image
No Image

Fahrettin Altun: Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - VİDEO

Fahrettin Altun: Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - VİDEO
"Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik, qazilərimzə hüzurlu ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq".
 
Sfera.az-ın məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdam Cümə məscidinə səfəri zamanı deyib.

O bildirib ki, bu qələbə, Azərbaycan üçün, bölgə üçün və Türkiyə üçün böyük bir zəfərdir:

"Çox qərarlı bir şəkildə 30 illik işğal sona çatdırıldı. Cənab Prezident İlham Əliyevin qərarlı mövqeyi ilə bu işğal aradan qaldırıldı və bölgə azad edilmiş oldu. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mücadiləyə dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq. Digər tərəfdən də, əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük.

Bu, bənzəri olmayan bir barbarlıqdır. Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır".( trend)
 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Şuşa ilə bağlı paylaşım edib. Sfera.az-ın məlumatına görə, paylaşımda deyilir: ...

Fahrettin Altun: Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır - VİDEO

"Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəh...

Fransa kanalı Xankəndidə: Ermənilər nələr danışdı? - VİDEO

Fransanın məşhur "France24.com” saytı Dağlıq Qarabağdan xüsusi reportaj hazırlayıb. "Zavallı ermənilərin” hallarına acıdıqlarını açıq şəkildə nümayiş etdi...

MN-dən Aprel döyüşlərilə bağlı - Videoçarx

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Aprel döyüşləri ilə bağlı videoçarx hazırlayıb. Sfera.az xəbər verir ki, videoçarx "Aprel döyüşləri: Şanlı qə...

Azərbaycan və İsveç XİN rəhbərlərinin mətbuat konfransı - CANLI

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azə...

Ermənistanlı keçmiş hərbçi: “Qarabağla bağlı razılıq olmasaydı, ordumuz tamamilə məhv ediləcəkdi” - VİDEO

Qarabağla bağlı sülh sazişinin imzalanmasının tərəfdarıyıq. Bunun sayəsində biz və dostlarımız sağ qaldıq. Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, İki...