“Facebook”dan istifadə edənlərə xəbərdarlıq – VİDEO

“Facebook”dan istifadə edənlərə xəbərdarlıq – VİDEO
Hakerlər tərəfindən oğurlanan "Facebook” sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatları müəyyən məbləğ qarşılığında satışa çıxarılır.

Sfera.az bildirir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında İKT üzrə ekspert Orxan Rzayev deyib.

"Hakerlərin "Facebook”da şəxsi məlumatları oğulaması hansısa ciddi təhlükə yaratmır. Çox güman ki, bu şəxsi məlumatlar reklam məqsədləri üçün satılır və ya istifadə olunur. Bunun üçün hakerlər tərəfindən paketlər hazırlanır. Bəzi məhdudiyyətlər olduğuna görə həmin paketləri hər kəs ala bilmir və bundan daha çox şirkətlər istifadə edir”, - ekspert bildirib.

O. Rzayev onu da qeyd edib ki, hakerlər bəzən bu məlumatları şantaj məqsədilə də istifadə edə bilər:
"Təbii ki, məlumatların oğurlanmasının təhlükəli tərəfi də var. Hakerlər bütün şəxsi məlumatları əlində olan şəxsi şantaj edə bilər. Bu səbəbdən istifadəçilərə şəxsi məlumatları mümkün qədər paylaşmamağı tövsiyə edirik. Çünki rəqəmsal platformadasınızsa, bütün davranışlarınız və şəxsi məlumatlarınız kiminsə əlinə keçə bilər”.

Qeyd edək ki, "Facebook”da şəxsi məlumatları oğurlanan 533 milyon istifadəçi arasında 99 472 min nəfər Azərbaycandan olub.

Bu məlumatlar arasında istifadəçilərin e-mail ünvanları, nömrəsi, bioqrafiyası, doğum tarixi və digər məlumatlar var.
 


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...