Evə girən polislər dəhşətə gəldi - Başı kəsilmiş qadın və başqa iki cəsəd - FOTO

Evə girən polislər dəhşətə gəldi - Başı kəsilmiş qadın və başqa iki cəsəd - FOTO

Nyu-Yorkda dəhşətli qətl hadisəsi baş verib.

Sfera.az mirror-a istinadla xəbər verir ki, Yonathan Tedla adlı 46 yaşlı kişi ondan boşanmaq istəyən yoldaşını bu səbəbdən vəhşicəsinə qətlə yetirib.

O, 42 yaşlı həyat yoldaşı Jennifer Schlecht-in başını bədənindən ayırıb, qucağına qoyub. Yonathan daha sonra 5 yaşlı qızının boğazını kəsib və özünü öldürüb.

Hadisə yerinə gələn polislər onu yataq otağında asılı vəziyyətdə tapıblar.

Qadının atası mətbuata açıqlama verən zaman məyus olduğunu bildirib və kürəkəninin qızını dəfələrlə təhdid etdiyini dilə gətirib.

 

"News NY1" yazır ki, qonşular onların ailəsini "super ailə" kimi təsvir ediblər.

Qeyd edək ki, başı kəsilən qadın ailə münaqişələrində gənc qızlara dəstək olan təşkilatlardan birinin işçisi olub. (milli.az)


OXŞAR XƏBƏRLƏR