Etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlandı

Etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlandı

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə bu gün səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb.

Sfera.az xəbər verir ki, "sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara "sarı jiletlilər” hərəkatı adı verilib. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Rusiyada silahlı atışmada iştirak edən azərbaycanlı tutuldu

Rusiyanın Sankt-Peterburq şəhərində tərəvəz anbarında silahlı atışmada iştirak edən azərbaycanlı tutulub. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, onu Rusan...

19 yaşlı qız 3 il müddətində satıldı, istismar edildi...

  ABŞ-da 19 yaşlı qız onu üç il müddətində sataraq istismar edən şəxsi güllələyib. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Kristul Kizer sevgilisi Pe...

Rusiyada bank belə qarət olundu - VİDEO

Sankt-Peterburqda naməlum şəxs bankı qarət edib. Sfera.az trend-ə istinadən xəbər verir ki, qarətçi 5 milyon rubla yaxın (80 min dollardan çox) pul apara bilib...

Daşkənddə metro tikintisi zamanı uçqun baş verdi

Özbəkistanın paytaxtı Daşkənddə metronun Yunusabad xəttinin tikintisi zamanı uçqun baş verib. Özbəkistan Dəmir Yolları Mətbuat Xidmətindən bildirilib ki, leysa...

ABŞ-da tornado can aldı

ABŞ-ın cənubunda özü ilə tornado qasırğasını gətirən güclü tufan nəticəsində azı üç nəfər ölüb, 10-dan çox insan yaralanıb. NBC telekanalı təbii fəlakət b...

Hava təravətləndiricisini istifadə etdikdən sonra siqaret yandırdı: Maşın partladı - FOTO

Avtomobilində hava təravətləndiricisi istifadə etdikdən sonra siqaretini yandırmaq istəyən sürücü tezliklə bu addımından peşman olub. Belə ki, alışqanı yandırd...