Çətinliklərdən xilas olmağın 4 yolu

Çətinliklərdən xilas olmağın 4 yolu
"Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbir etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür". ("Rəd" 22).

İnsan həyatda müvəffəq olmaq üçün bəzi yolları və qaydaları bilməlidir ki, onların yardımı ilə xoşbəxtliyi əldə edə bilsin. Həyat məharətləri hər bir insana lazımdır və insan onların vasitəsilə ətrafında olanlarla necə rəftar edəcəyini bilər. (Tebyan)

Allah yuxarıdakı ayədə bizlərə çətinlikdən xilas olmağın 4 yolunu tanıdır ki, onlara işarə edəcəyik.

1. Çətinlikləri bir imtahan kimi qəbul edək. Çətinliklər - hər bir insanın kamala çatmasına yardım edən imtahanlardır. Əgər insan həyatında çətinliklə qarşılaşmazsa, inkişaf edə bilməz. Ancaq bu imtahandan o kəslər keçər ki, bu yolda səbir etməyi bilər. Deməli çətinliklərlə ilk mübarizə yolu - səbirdir. "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver". ("Bəqərə" 155). Quranın nəzərinə görə çətinliklərə səbir etmək xoşbəxt olmağın yollarından biridir. Belə ki, Quran buyurur: "Ey iman gətirənlər, səbrli olun və başqalarını da səbrə sövq edin, düşmən qarşısında müqavimət göstərin, sərhəddin keşiyində durun və Allahdan qorxun, bəlkə nicat tapdınız". ("Ali-İmran" 200).

2. Həmişə şükür etməyi bacaraq. Allahın bizə verdiyi nemətlərə görə şükür etmək həm nemətlərimizin sayını artırar və həm də daha şirin bir həyatı təcrübə etməyimizə yardım edər. Şükür etməyin ən yaxşı yollarından biri - namazdır. O zaman ki, Həzrət Zəhra (s.ə) dünyaya gəlir, Allah Öz Peyğəmbərinə (s) buyurur: "(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (s) gündən-günə artıb çoxalan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) əllərini boğazına qədər yuxarı qaldır (yaxud dəvə qurbanı kəs!)". ("Kövsər" 1-2). Allah bu ayədə şükür etmək üçün namaz qılmağı tövsiyə edir.

3. Yoxsullara yardım etmək. Ehtiyacı olanlara yardım etmək bizə həm bu dünyada və həm də axirətdə saədət gətirər.

4. Bağışlamaq asan deyildir, ancaq möcüzə yaradır. Heç kəs etiraf etməz ki, ona əziyyət edən insanı bağışlamaq asan bir işdir. Lakin öz fərdi rahatlığınızı təmin etmək və həyatda müvəffəq olmaq üçün güzəşt etmək və başqalarını bağışlamaq - tövsiyə edilən əməllərdəndir. Çünki siz rahat olmağa layiqsiniz və ona görə də onu əldə etmək üçün çalışın. Əgər başqalarını bağışlasanız kin və kidurətin qarşısını almış olarsınız. "Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).

OXŞAR XƏBƏRLƏR

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...