“Ət məhsulları gələn kimi bitir...” - Bayram yarmarkasından FOTOREPORTAJ

“Ət məhsulları gələn kimi bitir...” - Bayram yarmarkasından FOTOREPORTAJ
Novruz bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən "Kənddən şəhərə” yarmarkaları təşkil olunub.

Paytaxtın 3 fərqli istiqamətində təşkil olunan yarmarkalar martın 19-dək fəaliyyətdə olacaq.


Sfera.az-ın əməkdaşı Süleyman Sani Axundov, 5B ünvanında təşkil olunan Novruz yarmarkasında mövcud qiymətlərlə tanış olaraq, satıcılarla söhbət edib.

Yarmarkada hər şey karantin qaydalarına uyğun təşkil olnub. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən satıcılar maska və gigiyenik vasitələrə təmin edilib.

Yarmarkada məhsul çeşidi bol olsa da, alıcı baxımdan kasadlıq idi...



Belə ki, çəkilişdə olduğumuz bir saat ərzində yarmarkaya təxminən 10 adam gəldi. Satıcıların bir qismi bu gün üçün alıcı qıtlığının olmasını artıq sonuncu çərşənbəyədək insanların bayram ehtiyatını alması ilə əlaqələndirdi. Lakin bəzi satıcılar, ümumiyyətlə ötən illərə nisbətdə bu il alıcıların az olduğunu dedi.

Məhsulların qiymətinə gəlincə isə, satıcıların dediyinə görə keçən illə nisbətdə bu il qiymətlər xeyli aşağıdır.

 

Yarmarkada Göyçay, Quba, Qax, Şəki, Tovuzdan olan məhsullarla bərabər, Türkiyə və İrandan gətirilmiş meyvə-tərəvəzlər də satılır.

 

Müşahidəmizə görə bəzi satıcılar - əsasən də ət məhsulları satanlar qarşısındakı stenddə olan məhsulların xeyli hissəni satıb bitirmişdi (əsasən ət məhsulları), bəziləri isə dediklərinə görə hələ ki, "siftə" etməmişdi...


 

"Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin yarmarkaların təşkili şöbəsinin aparıcı mütəxəssisi Şöhrət Şıxəmirovgündəlik olaraq yarmarkanın təşkilinə nəzarət edir. Qurum nümayəndəsi bildirir ki, məhsulların keyfiyyəti əvvəlcədən yoxlanılır.


"Meyvə və çərəzlər vizual olaraq tərəfimizdən yoxlanılır. Lakin ət məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır, lazımı sənədlər verildikdən sonra satışa çıxarılır".



Ş.Şıxəmirov yarmarkaya olan tələbatdan da danışıb:


"Yarmarkalar mart ayının 19-dək fəaliyyətdə olacaq. Bayram günləri üçün satıcılar da məlum olduğu kimi evlərinə geri dönməlidir. Sonuncu çərşənbəyədək alıcı çox idi, sıxlıq görünürdü, lakin dünən və bu gün daha az insanın gəldiyini müşahidə edirik. Ən çox ət məhsulları satılır. Səhər saat 11 olmasına baxmayaraq çox vaxt ət məhsulları bitmiş olur".

 

Yarmarkada satılan məhsulların qiymətini təqdim edirik:

 

İnnab 3.50-7.50 azn, qoz 3-15 azn, fındıq 6.50-16 azn, badam 5 azn, fıstıq 5 azn, şabalıd 5-6 azn, püstə 22-24 azn, qoz ləpəsi 14.50 azn, ərik qurusu 9 azn, kök 0.40-0.60 azn, heyva 0.80-1.15 azn, "Qızıl Əhmədi" alma 2.30 azn,xurma 1 azn, xiyar 3 azn, pomidor 1.70 azn, bibər 3-3.40 azn, portağal 1.80 azn, alma 1.10-1.40 azn, nar 1.50-2 azn, armud 1.80 azn, kələm 0.65 azn, soğan 0.40 azn, çuğundur 0.65 azn, kartof 0.50-0.70 azn, sarımsaq 3.60 azn, kənd yumurtası 0.25 azn, şəhər yumurtası 0.17 azn, ağ turp 0.80 azn, limon 3 ədədi 1 azn, pomidor 1 azn, kişmiş 5-13 azn, fındıq 14-16 azn, yer qozu 5-6 azn, gavalı turşusu 5-5.80 azn, meyvə quruları 4.50 azn, süd 1 azn, qatıq 3-6 azn, yağ 8-14 azn, toyuq 4-10 azn, hind quşu 8-9 azn, bal 20 azn, bəhməz 9 azn, çay 5 azn, səmənilər 1.50-5 azn, balıq 6-8 azn, ət 9.50-11 azn, göyərti 0.15 azn.


Məlumat üçün qeyd edək ki, digər yarmarkalar paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik” stansiyasının çıxışı) və Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında açılıb.











 

Sfera.az

Müxbir: Əzizə Zeynal

Foto: Səbuhi Elnur

 


OXŞAR XƏBƏRLƏR