“Eşkiya” ulduzlarından polisə şikayət

“Eşkiya” ulduzlarından polisə şikayət
Bir il öncə "Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının komandasına oteldə hücum edib, təhqirlər səsləndirən 8 nəfərin məhkəmə işindən xəbər var. Belə ki, istintaq prosesində serial aktyorlarının da ifadə verdiyi məlum olub.

Sfera.az  yazır ki, sözügedən ekran işinin baş rol ifaçısı Oktay Kaynarca 2 şəxsin özünü və iş yoldaşlarını təhdid etdiyini, onlara qarşı təhqiramiz sözlər söylədiyini bildirərək şikayətçi olub.

Kaynarcadan başqa Burçak Çataklı, Yunus Emre Yıldırımer, Bercin Aydoğan, Gülcan Sarı və Revfik Erman Kutlu da danışdırılıb.

Məşhur aktyor deyib ki, o, oteldə aşağı mərtbədə olsa da, dostlarının kömək istədiklərini eşidərək yuxarı çıxıb:

"Adlarını olaydan sonra öyrəndim. Demə, Arif və Şiar adlı şəxslər sərxoş imişlər. Yuxarı çıxanda məni hədələyib, təhqir etdilər. Əvvəlcə təmkinli davranıb, məsələni bitirməyə çalışdım. Bir az sakitlik olduqdan sonra aşağı düşdüm. İki nəfərdən başqa kimsənin mənə və dostlarıma qarşı pis hərəkəti olmayıb. Həmin şəxslərin "Sizin serialda etdiklərinizi, biz real həyatda edirik” sözlərini eşitdim. Hadisədən çox vaxt keçib, ona görə dedikləri tam yadımda qalmayıb. Bu hadisə baş verdiyi zaman sözügedən şəxslərə qarşı hansısa qeyri-etik davranışım, yaxud da sözüm olmayıb. Yalnız polis gələndə hadisəni danışdım. Onlardan şikayətçiyəm”.

Sözügedən şəxslərin 4 ildən 13 ilə qədər həbsi istənilib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...