Ərzaq qiymətləri 10 ilin rekord səviyyəsinə YÜKSƏLİB

Ərzaq qiymətləri 10 ilin rekord səviyyəsinə YÜKSƏLİB
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2021-ci ilin sentyabr ayında qeydə alınan qida qiymətləri indeksini açıqlayıb. 

Sfera.az xəbər ki, sentyabrda qiymətlər aylıq müqayisədə 1,2 faiz, illik müqayisədə 32,8 faiz artıb. Ötən ay qida məhsullarının qiymət indeksi 130-a yüksəlib ki, bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək səviyyədir. 

FAO bildirir ki, sentyabrda ərzaq qiymətlərinin artmasına buğda və palma yağının bahalaşması güclü təsir edib. 

Əsas ərzaq məhsullarından taxılın qiymət indeksi bir ayda 2 bənd artıb. Taxılın bahalaşması hökumətlərin ixrac imkanların məhdudlaşdırması ilə bağlıdır. 
Taxıl məhsullarından buğdanın qiyməti aylıq müqayisədə 4 faiz, illik müqayisədə 41 faiz artıb. Qarğıdalı qiymətləri sentyabrda aylıq 0,3 faiz, illik 38 faiz yüksəlib. FAO hesab edir ki, mövcud vəziyyətdə buğdanın bir qədər də bahalaşması ehtimalı var.

Xammalın bahalaşması bitki yağlarının də dəyərini artırır. Bitki yağ qiymət indeksi sentyabrda aylıq müqayisədə 1,7 faiz, illik müqayisədə 60 faiz yüksəlib. Sentyabrda yağ qiymətlərinin bir qədər də yüksəlməsinə palmanın bahalaşması səbəb olub. Ötən ay soya və günəbaxan yağının qiymətləri isə enib. 

Süd məhsullarının qiymət indeksi də yüksəlir. Bu məhsullarda bahalaşmaya idxalın artması, həmçinin Avropa və Okeaniyada mövsüm dəyişikliyi səbəb olur. Müxtəlif amillərin təsiri ilə süd məhsullarının qiyməti 1,5 faiz artıb.

Qiyməti sürətlə artan digər mühüm ərzaq məhsulu şəkərdir. Əsas şəkər ixracatçısı olan Braziliyada hava şəraitinin pis keçməsi və yüksək etanol (spirt) qiymətlərinin artması ilə şəkər qiymətləri aylıq müqayisədə 0,5 faiz, illik müqayisədə 53,5 faiz artıb. 

FAO bildirir ki, digər məhsullarda bahalaşma olsa da, ət qiymətləri sabit məcrada qalıb. Bununla belə ət qiymətləri də son bir ildə yüksəlib. Bu məhsullarda bahalaşma 26,3 faiz olub. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...