Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE

Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE
Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdən kənarda qalıb.

Sfera.az  xəbər verir ki, Vaqarşak Arutyunyan (1956-cı ildə anadan olub) 1978-ci ildə Bakıda S.Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirib.

Hərbi Dəniz Akademiyasını (1991-ci il) və RF SQ Baş Qərargah Akademiyasını (1998-ci il) bitirib.

1999-2000-ci illərdə artıq Ermənistanın müdafiə naziri idi, lakin 27 oktyabr 1999-cu ildə parlamentdə törədilmiş terror aktından sonra vəzifəsindən azad edilmişdi. Bəzi məlumatlara görə, o vaxtkı prezident Robert Köçəryanın etimadını itirmişdi.

Ermənistanın siyasi elitası o zaman (elə indi də) hesab edirdi ki, parlamentdə 8 deputatın, o cümlədən baş nazir və parlamentin spikerinin ölümü ilə nəticələnən terror aktı Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin işidir.

Terror aktı günlərində çoxları tərəfindən Arutyunyanın davranışı Azərbaycanla Qarabağa dair sülh sazişinin imzalanmasını pozmaq üçün hərbçilərin hakimiyyəti ələ keçirməyə və Köçəryanı kənarlaşdırmağa hazır olması kimi qiymətləndirilmişdi.

Ermənistan rəhbərliyi müdafiə nazirinin hərəkətlərini Moskvanın iradəsinin icraçısı kimi qiymətləndirib.

Vəzifədən uzaqlaşdırılandan sonra Arutyunyan siyasətə qoşulub və Köçəryan hökumətini tənqid etməyə başlayıb. 2002-ci ildə münaqişə apogeyə çatıb və Arutyunyan general-leytenant hərbi rütbəsindən məhrum edilib.

Sonrakı illərdə o, faktiki olaraq təqaüddə olub. Lakin 2019-cu ildə çoxları üçün gözlənilmədən Nikol Paşinyan onu əsas məsləhətçi təyin edib və rütbəsini bərpa edib.

Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından və Tonoyanın istefasından sonra Arutyunyan yenidən müdafiə naziri postunu tutub.
 
 
Azərbaycanın hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Arutyunyanın zabit kimi səviyyəsi ortadan aşağıdır və o, Tonoyandan zəifdir. Eyni zamanda, Arutyunyanı 100% Rusiyanın adamı hesab etmək lazımdır. Bu, təkcə onun hər zaman Rusiyada xidmət etməsilə deyil, bütövlükdə siyasi oriyentasiyası ilə bağlıdır.-02B
(Turan)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...