Ermənistanın ağır məğlubiyyəti və Rusiya silahlarına azalan maraq... – Hərbi ekspertdən ŞƏRH

Ermənistanın ağır məğlubiyyəti və Rusiya silahlarına azalan maraq... – Hərbi ekspertdən ŞƏRH
Azərbaycanın apardığı azadlıq müharibəsində Ermənistanın ağır məğlubiyyəti həm də onun ordusunun mənsub olduğu Rusiya istehsallı silahların keyfiyyəti məsələsinədə ağır zərbə vurmuş oldu.

 

 

Hərbi ekspert Ramil Məmmədli Sfera.az-a açıqlamasında bildirdi ki, yaranmış vəziyyətdə silah bazarında Rusiya silahlarına maraq müəyyən dərəcədə azalacaq:


 

"Rusiya istehsalı olan zirehli texnikanın alıcılıq imkanları bir qədər düşə bilər. Bu hal bir müddət özünü silah bazarında göstərəcək”.


 

Amma bununla belə, həmsöhbətimiz Qarabağda keçirilən hərbi əməliyyatlar fonunda rus silahlarının, Türkiyə və İsrail silahlarından ümumən geri qaldığı barədə fikirlərlə razılaşmadı:

 

"Bu məsələ ilə bağlı səslənən fikirlərin əleyhinəyəm. Hər bir hərbi texnikanın özünə məxsus təyinatı var. Məhz bu təyinata uyğun olaraq onlara qiymət verilir. Məsələn, Azərbaycanın malik olduğu reaktiv yaylım atəş sistemlərinə daxil olan silahlar arasında Rusiya istehsalı olan silah və artileriya qurğularının üstünlüyünü görərik. Rusiya istehsalı olan bu silahlar həmin sinfə aid olan İsraildən və Türkiyədən aldığımız silahlardan heç də geri qalmır. Zirehli texnikalara gəldikdə, Azərbaycanın arsenalında olan Rusiya istehsallı T-72 tankının ölkəmiz üçün rentabellik baxımından alternativi yoxdur”.


 

R. Məmmədli düşünür ki, müasir texnologiya baxımından isə Azərbaycan üçün ən uyğunu İsrail və Türkiyədən alınan pilotsuz uçuş aparatları sinfinə aid olan hərbi məhsullardır:

 

"Məhz İsraildən alınan pilotsuz uçuş aparatları Azərbaycan Ordusuna böyük üstünlük qazandırdı. Bura Eron, Hermer, Harun, Kamikadze və "Arbitr”-2 pilotsuz uçuş aparatları daxildir”.


 

"Yəni Azərbaycan Ordusu bu müddət ərzində hərbi cəhətdən təchizatını balanslaşdırılmış əsasda qurdu. Ən müasir texnoloji hərbi silahları İsrail və Türkiyədən aldı, raket-artileriya sistemini gücləndirmək, hava hücumunu təkmilləşdirmək üçün isə Moskva ilə Təl-Əvivlə əməkdaşlıq etdi”, - deyə ekspert qeyd edib.


 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...