Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi səlahiyyətli səfir Karen Mirzoyanı tutduğu vəzifədən azad edib.

Sfera.az  "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd edək ki, K.Mirzoyan 2019-cu iyununda bu vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl Qarabağda separatçı rejimin "vəzifəlilərindən” olub.

Xatırladaq ki, Ermənistanın baş naziri parlamentdəki çıxışında hökumətdə kadr dəyişikliyi edəcəyini bildirmişdi. Ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyan, fövqəladə hallar naziri Feliks Çolakyan, əmək və sosial məsələlər naziri Zarui Batoyan, müdafiə naziri David Tonoyan, elm, təhsil, mədəniyyət və əmək naziri naziri Araik Arutyunyan istefa verib.


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...