“Ermənistana bəhanə vermək olmaz” – Aydın Mirzəzadə

“Ermənistana bəhanə vermək olmaz” – Aydın Mirzəzadə
"Belə təkliflərlə əldə olunan sazişi dəyişməyə çalışmaq Ermənistanın özünə həmin sazişi yerinə yetirməmək bəhanəsi verər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Laçın dəhlizində Azərbaycan və Türkiyədən olan müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib: 
 
"Azərbaycan ərazisində müharibə 10 noyabr 2020-ci ildə Bakı, Yerevan və Moskva arasında üçtərəfli sazişin bağlanması ilə yekunlaşıb.  Azərbaycan Prezidenti sonrakı çıxışlarında bildirib ki,  Azərbaycan maksimum nə mümkündürsə, onu da edib. Bu gün əldə olunan sazişi dəyişməyə çalışmaq Ermənistanın özünə həmin sazişi yerinə yetirməmək bəhanəsi verər. Ermənistanda müxalifət həmin sazişlə razı deyil, onun dəyişdirilməsini, yeni əlavələrin edilməsini irəli sürür. Azərbaycan isə sazişin heç bir bəndinin dəyişdirilmədən yerinə yetirilməsinin tərəfdarıdır”.
 
Deputat bildirdi ki, Azərbaycan tərəfdən sazişin dəyidirilməsinə təşəbbüs olarsa, onda sazişin özünü sual altında qoyuruq və  44 günlük müharibə nəticəsində əldə etdiyimiz nailiyyətlər təhlükə altına düşə bilər:
 
"Bu səbəbdən də 10 noyabr sazişi heç bir dəyişikliyə uğramadan yerinə yetirilməlidir. Digər məsələlər isə zaman-zaman  həllini tapacaq. Necə ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsini həll etdi, Ermənistan qoşunları ərazilərimizdən çıxarıldı. Laçın dəhlizi məsələsində də Azərbaycanın önəmli sözü var. Buna uyğun digər məsələlər də öz həllini tapacaq. Amma sazişin dəyişdirilməsi qeyri-mümkün məsələdir”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...