Ermənistan parlamentində sərhədlərin müəyyənləşməsi ilə bağlı dinləmələr keçirildi

11:49 / 25.11.2021
569
Ermənistan parlamentində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı dinləmələr keçirilib.
Sfera.az "News.am”a istinadən xəbər verir ki, dinləmələrdə müxtəlif partiyalardan olan deputatlar, keçmiş hərbçilər, analitiklər, ictimai xadimlər və başqaları iştirak ediblər.
İclasa "Ermənistan” blokundan olan Milli Assambleyanın vitse-spikeri İşxan Saqatelyan sədrlik edib.