Ermənistan ordusunun yalanı üzə çıxdı

Ermənistan ordusunun yalanı üzə çıxdı

Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Azərbaycan ərazilərindəki qoşunlarının ön xəttində yeni müşahidə avadanlıqları qurub.

Sfera.az  azvision.az-a istinadən bildirir ki, Erməni KİV-ləri xəbər verir ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Qarabağa səfəri TV-lərin hazırladığı videoreportajda yeni müşahidə avadanlığı ötəri olsa da, yer alıb.

Xəbərdə bildirilir ki, Ohanyan Ağdam rayonu ərazisində qoşunların təmas xəttində olub. Burada o, ön xətdən Azərbaycan Ordusunun mövqeləri istiqamətində müşahidələr aparıb.

Videodan göründüyü qədər Ermənistan Ordusunun ön xətdəki müşahidə postlarında zirehli müşahidə qüllələri tətbiq edilib. Bu qüllələr bəlli bucaq altında fırlanır və kiçik pəncərədən ətrafı müşahidə etmək olur. Qülləyə silah, həmçinin müşahidə və nəzarət məqsədi ilə müxtəlif cihazların qurulması üçün dayaqlar əlavə edilib. Heyəti qorumaq üçün qüllədə xüsusi dizayna malik pereskop qurulub.

Müşahidə qülləsinin fırlanması əllə yerinə yetirilir.

Qüllənin qoruma səviyyəsi barədə detallı məlumat mövcud deyil.

Qeyd edək ki, bu qüllə hələ ötən ilin əvvəllərində Ermənistanın prezidenti Serj Sərkisyana nümayiş etdirilmişdi. Fotolardan göründüyü qədər qüllələrin müxtəlif nümunələri var.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...