“Ermənilərlə birgə yaşayışın əleyhinəyəm” – YAP-çı deputatdan \"ermənisiz Azərbaycan\" açıqlaması

“Ermənilərlə birgə yaşayışın əleyhinəyəm” – YAP-çı deputatdan \

"Ermənilərsiz Azərbaycan görmək istəyirəm”.


Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan icmasının Qarabağdakı erməni icması ilə təmasların qurulması haqda təkliflərə münasibət bildirərkən Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Elman Məmmədov deyib:



"Azərbaycan tərəfi bəyan edib ki, öz vətəndaşımız olan ermənilərin orada qalıb yaşamalarına etiraz etmir. Ancaq bir şərtlə ki, onlar Azərbaycan qanunlarına tabe olmalıdırlar. Burada təbii ki, digər şətrlər də olacaq. Cinayət törədənlər aydınlaşmalı və cəzalarına catmalıdırlar. Xankəndinin özündə ermənilərlə yanaşı azərbaycanlılar da yaşayırdı. Xocalının ətrafı erməni kəndləri idi. Xocavənd və Ağdərədə də həmin vəziyyətdir”.


Bu əsasda da deputat Qarabağdakı ermənilərlə təmas qurmağın əleyhinə olduğunu bildirib:

 

"Ermənilər Xocalıda əhalimizə qarşı soyqırım törədib, günahsız insanlarımızı qətlə yetiriblər.Şəxsən özüm ermənilərsiz Azərbaycan görmək istəyirəm. İstəmirəm ki, onlar yenə də Azərbaycanda yaşayıb bizim çörəyimizi yesin, suyunu içsinlər. Ermənilər o qədər xəyanətkar, nankor, xaindir ki, onlarla birgə yaşayış qeyri-mümkündür. Özü də onlar bu xəyanətkarlığa dəfələrlə yol veriblər. Onlarla nə birgə yaşayışı, nə hansısa münasibətdə, ünsiyyətdə olmağı, təmas qurmağı istəmirəm.Ermənilər düzələn deyil. Əksinə, fürsət düşən kimi yenə də əvvəlki çirkin əməllərinə qayıdacaqlar”.


Deputat hesab edir ki, Qarabağ ermənilərinin Azərbaycan dövlətinin çağırışlarına müsbət cavab verəcəyinə inanmır:

 

"Azərbaycan dövləti beynəlxalq norma və qanunlara əsaslanaraq bildirir ki, ermənilər də digər milli azlıqlar kimi, qanunlara tabe olsalar, qalıb yaşaya bilərlər. Belədə onlarla kimin ünsiyyət qurub-qurmayacağı artıq şəxsi məsələdir. Amma fikrimcə, ermənilər Azərbaycan deyən yola gəlməyəcək. Çünki qanlarında, genində, tərbiyyələrində murdarlıq, nankorluq, cinayətkarlıq var və belə də davam edəcəklər. Bu kimi məsələlər birgəyaşayışın tənzimlənməsinə, təmas yaratmağa mane olmaqda davam edir.Qalanını isə gələcək göstərəcək”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...