Ermənilərin təxribatlarına qarşı milli birliyimiz, həmrəyliyimiz düşmənə ikinci ağır zərbədir

Ermənilərin təxribatlarına qarşı milli birliyimiz, həmrəyliyimiz düşmənə ikinci ağır zərbədir
 Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan kənarda, tamamilə fərqli ərazidə təxribat törətməsi və bu təxribatın müzəffər ordumuz tərəfindən layiqli cavabının verilməsi xalqımızda bir daha ruh yüksəkliyi yaratdı.

Sfera.az xəbər verir ki, bu fikri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

Deputat düşmənin Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara münasibət bildirərək deyib: "Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonunda təxribat törədilib. Düşmənin artilleriya atəşi nəticəsində hərbçilərimiz və mülki vətəndaşımız həlak olub. Ordumuz tərəfindən düşmənə layiqli cavab verilib. İyulun 12-dən başlayaraq davam edən hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq, öz xain və mənfur əməllərindən əl çəkmir və işğal altında olan rayonlarda yerləşən mövqelərimizdə də atəşkəs rejimini pozaraq sabitliyin təmin edilməsinə əngəl törədir.

Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyi, milli ruh yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizim üçün böyük qürur oldu. Hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bir vaxtda xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daim hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyidir”.

Ş.Seyidzadə bildirib ki, ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Azərbaycan Prezidentinin çağırışından sonra minlərlə vətəndaşımız yaşı və cinsindən asılı olmayaraq, könüllü olaraq ordu sıralarına yazılırlar. Bu, bir daha vətəndaşların ölkə rəhbərinə inamının, dəstəyinin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını nümayiş etdirir. Ermənilərin sərhədlərimizdə təxribat törətməyə çalışdığı bir vaxtda milli birliyin nümayiş etdirilməsi, vətəndaşlarımızın həmrəyliyi düşmənə ikinci ağır zərbədir.

Deputatın sözlərinə görə, bu gün ölkədə nümayiş olunan həmrəylik prosesində siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi müxtəlif baxışlara və görüşlərə malik siyasi partiyaların vahid mövqedən çıxış etməsi qürurvericidir. Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan edirlər.

"Həmrəylik, sözün əsl mənasında, siyasi mədəniyyətin təqdirəlayiq nümunəsidir. Siyasi mədəniyyət anlayışının daxilində bir məsələ də var ki, artıq siyasi partiyaların sıx birləşməsi ilə vahid bir fikir ətrafında birliyin olması nümayiş etdirilir. Bu nöqtədə isə bir qənaətə gələ bilərik, Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz müxtəlif siyasi baxışlarda yox, milli birlikdədir”, - deyə Şahin Seyidzadə fikirlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...