Ermənilərin dəvəti ilə Qarabağa gələn xarici jurnalistlərə ölüm təhlükəsi – Yeraltı sığınacaqlarda koronavirus

Ermənilərin dəvəti ilə Qarabağa gələn xarici jurnalistlərə ölüm təhlükəsi – Yeraltı sığınacaqlarda koronavirus

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn xarici jurnalistlər həmin əraziləri tərk edir.


Sfera.az xəbər verir ki, Ermənistan tərəfi jurnalistləri yeraltı sığınacaqlarda şəraitsiz vəziyyətdə saxladığı üçün onlar arasında koronavirusa yoluxma kəskin artıb.

 

Bu səbəbdən münaqişənin gedişatını Azərbaycan tərəfinin icazəsi olmadan, qanunsuz olaraq izləməyə gələn xarici jurnalistlər həmin əraziləri tərk etməyə məcbur qalıb.

 

Qeyd edək ki, Ermənistana cəbhəyanı ərazilərdə prosesi izləmək üçün Fransa, Rusiya, ABŞ, Almaniya kimi ölkələrdən müxbirlər gəlib.


Xatırladaq ki, indiyədək Ermənistanda 64694 nəfər koronavirusa yoluxub, onlardan 1081 nəfər xəstəlik səbəbi ilə dünyasıını dəyişib.


Sfera.az

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR