Ermənilərin daha bir saxtakarlığı ifşa edildi – Əsirlərin güllələnməsi videosunun izi ilə...

Ermənilərin daha bir saxtakarlığı ifşa edildi – Əsirlərin güllələnməsi videosunun izi ilə...

Ukraynalı hərbi ekspert Kirill Danilçenko erməni tərəfindən dövriyyəyə buraxılmış və guya azərbaycanlı hərbçilər tərəfindən güllələnən əsirlərlə bağlı səs-küylü videogörüntülərin saxta olduğunu təkzibedilməz faktlarla sübuta yetirib.


Sfera.az həmin məqaləni oxucularına təqdim edir. Beləliklə...


Güllələnmənin təfərrüatları: Qarabağ və səhnələşdirmə. Kimlərsə feyk hazırladı, Bellingat təsdiqlədi, bizsə təkzib edib, suallar veririk...


Oktyabrın 15-dən sosial şəbəkələrdə tez-tez yayımlanan Dağlıq Qarabağda güllələnmə videosunun təhlili. Ciddi hərbi cinayətin sübutları? Yoxsa "Çarmıxa çəkilmiş qısa tumanlı oğlan” və Qafqaz motrivlərinə əsasən "Dombas müstəqildir” mövzusu?



Erməni tərəfi Ermənistanın işğal etdiyiAzərbaycan torpaqlarında "Azərbaycan ordusunun törətdiyi hərbi cinayətlərin” sübutu kimi sözügedən videodan geniş istifadə edir. Həmin videogörüntü hətta Qriqor Atanesyanla Bencamin Strikin müştərək müəllifliyi ilə BBC tərəfindən də yayımlanıb.

 

Nəşrlərin ilkin mənbələri hələ də müəyyənləşdirilməyib. Çoxsaylı repostların müəllifləri isə Facebookdakı TigranAvakian adı ilə açılan istifadəçi səhifəsi də daxil olmaqla, yalnız erməni akkauntlarına işarə edirlər.

 

Video görüntü və reaksiya


Kadrlarda iki kişinin hərbi geyimli silahlı şəxslərin əmrlərinə tabe olaraq, əllərini qaldırdığı görünür. Əsirlərdən biri dəbilqəsini və zirehli jiletə bənzəyən üst geyimini çıxarır. İkinci əsir yaşlı adamdır və mülki geyimdədir, üzərində heç bir hərbi ləvazimat yoxdur. Görüntülərin davamı olaraq, artıq fərqli məkanda hər iki əsiri Ermənistan bayraqlarına bürüyüb güllələdiklərinin şahidi oluruq.


 


Elə ilk saatlarda bu cinayət əməli Ermənistanda millət vəkilləri və hüquq müdafiəçiləri tərəfindən pislənildi. Və İrəvanın Baş Prokurorluğu videoya əsasən cinayət işi açdı. ErmənistanınOmbudsmanı iddia etdi ki, "Azərbaycan hərbçiləri insanları hədsiz dərəcədə alçaldır, sonra da vəhşicəsinə öldürürlər. Azərbaycan silahlı qüvvələri nümayəndələrinin davranışı və sözləri nifrətlə doludur."


Ombudsman həmçinin əlavə edib ki,video və fotoşəkillər artıq lazımi hüquqi təsbitini tapıb və cinayəti təsdiq edən dəlillər kimi beynəlxalq qurumlara göndəriləcək.


Azərbaycan Müdafiə Nazirliyi bəyan etdi ki, məlum video "təbliğat məqsədli səhnələşdirmə”dir və Azərbaycan ordusunun hərbçiləri ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan Baş Prokurorluğu istintaqın nəıicələrinə əsasən məlumat yaydı ki, sözügedən video və fotolar saxtalaşdırılıb.

 

Faktlar

 

İlk baxışda adama elə gəlir ki, videoda hər şey açıq-aydın görünür. Döyüşdə cuşa gələn azərbaycanlıların hücum qrupu əsirləri özbaşına edam edir. Bu əməlinə görəAzərbaycan tərəfi günahkarları ciddi şəkildə cəzalandırmaq məcburiyyətindədir. Amma görüntülkəri daha diqqətlə izləyəndə bəzi suallar yaranır.

Əlbəttə, ən başlıcası, ilkin mənbənin mövcud olmamasıdır (məqalənin əvvəlində qeyd etdiyim kimi, bu fakta görə vəziyyəti ciddi qəbul etməyə çətinlik çəkirsən ).

 


Bu, həlak olmuş Azərbaycan əsgərinin telefonu ilə çəkilmiş videogörüntü də deyil –bunu bütün xəbər proqramlarında car çəkərdilər. Həmçinin sosial şəbəkələrdəki hansısa Azərbaycan qrupu və ya azərbaycanlı döyüşçünün akkauntu da deyil, hərçənd ki, bu daha məntiqli olardı. Videonu yayımlayan bütün ilkin mənbələr və anonim Telegram kanalları onu artıq silib və hazırda sözügedən video yalnız erməni akkauntlarından yayımlanır.


Hərbçi geyimi

 

Diqqətimizi ilk çəkən fərqləndirmə nişanlarının olmaması fonunda döyüşçülərdən birinin qolunda birdən-birə erməni bayrağının peyda olması və elə həmin an da yoxa çıxmasıdır. Guman etmək olar ki, bu azərbaycanlıların təxribat qrupudur. Amma onlar təmas xəttində yerləşən şəhərdə bayraq və çəkilişlə bağlı sirk təşkil etməzdilər. Hər an pilotsuz təyyarənin atəşinə tuş gəlmək təhlükəsi olan ərazidə düşmənin hərbi geyimində rahat-rahat gəzmirlər.

 

Daimi hərbi hissələr isə heç vaxt başqalarının fərqləndirmə nişanlarından istifadə etməz. Bu, müharibə qanunlarına ziddir, bunu edən əsir düşsə, yerindəcə güllələnər.

 

Məkan


Xatırlayırsınızsa, "Beniklə Yurini kim öldürdü?” - BBC Qarabağda əsirlərin güllələnməsini təhlil edir” məqaləsinin müəllifləri Qriqor Atanesyan və Bencamin Strikdir. Onlar videodakı obyektlərə görə çəkiliş məkanlarının koordinatlarını (red. 39.524118, 47.027827) müəyyən ediblər.



Prinsipcə, bu koordinatların Dağlıq Qarabağdakı Hadrut şəhərinə aid olduğu ilə razılaşmaq olar. Daha doğrusu, bu, Azərbaycanın 30 il əvvəl işğal edilmiş Xocavənd bölgəsidir.

 

 

Hərbi ləvazimat


Elə həmin gün Bellingcat saytında Nik Uotersin məruzəsi dərc edildi. Bellingcat-da nə qədər azərbaycanlı və erməninin çalışdığının təfərrüatlarına varmayacağıq. Amma fakt faktlığında qalır.

 

Məruzədə cənab Uoters videoda heç bir saxtakarlıq aşkar etmədiyini və böyük ehtimalla çəkilişlərin kəsilmədən həyata keçirildiyini bildirdi. Ciddi araşdırma aparmadan çıxarılan kifayət qədər erkən nəticə. Bu hərəkərt nə müəllifə, nə də onun yazısını dərc edən bu cür ciddi bir sayta başucalığı gətirmir.


 


Üstəlik, Bellingcat eksperti dəbilqə və silahların yalnız Azərbaycan əsgərlərinə məxsus ola biləcəyini iddia edir. Həmin vaxtda isə artıq 10 gündən çox idi, döyüşlər davam edirdi və qarşı tərəfin əlində düşmənin həlak olmuş döyüşçülərinin meyidləri vardı. Bu vəziyyətdə hər iki tərəfdə istənilən hərbi ləvazimat görüntülənə bilər.

 

Yerdəyişmə


BBC əməkdaşları sözügedən videonu Hadrutun peyk görüntüləri ilə müqayisə edərək belə bir nəticəyə gəliblər ki, bu eyni lokasiyadır -şəhərin şimal hissəsidir.

 

Amma edam səhnəsi erməni tərəfinin şiddətli artilleriya və snayper atəşinə, eləcə də Azərbaycanın əks zərbələrinə məruz qalan şəhərin cənub girişindən bir kilometr aralıda çəkilib. Əlavə edilmiş xəritədə bu aydın görünür.

 

Sual meydana gəlir: Videodakı insanlar həqiqətən Azərbaycan əsgərləridirlərsə, nəyə görə İki əsiri özlərinə yük edib fərqləndirmə nişanı olmayan hərbi geyimlərdə həyatlarını təhlükəyə ataraq daha 4-5 kilometr irəliləməli idilər? Hansısa adsız parkın önündə onları güllələmək üçün? Böyük ehtimalla minalanmış, hər bir tikilisi sağ qalmış düşmənçün sığınacaq ola bilən, istənilən vaxt artilleriya atəşinə tuş gəlmək təhlükəsi ilə üz-üzə qalan bir şəhərdə öz həyatını riskə atmağın nə mənası var?


Zaman

 

Ekspert Uotersin sözlərinə görə, Azərbaycan tərəfinin açıqlamaları əsasında Hadrut 9-15 oktyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olub. Çəkiliş isə 14 oktyabrda baş tutub. SunCalc saytının apardığı kölgə təhlili edamın 14: 00-da icra olunduğunu göstərir. Üstəlik, dəqiq koordinatlar olmadığından, bir saata yaxın zaman yanlışına yol verilə bilər. Nik Uoters məlum hadisənin 14 oktyabr saat 15:11-də baş verdiyi qənaətinə gəlib.

 

Amma bir nüans Uoterin diqqətindən qaçıb. Söhbət yaşlı əsirin videodakı kölgəsindən gedir. SunCalc-ın təhlili göstərir ki, şimal istiqamətində hərəkət edən saxlanılan şəxs (kamera ondan şimaldadır) bizdən sol tərəfə kölgə salır. Bu isə o deməkdir ki, günəş tamaşaçının sağ, əsirin isə sol tərəfindədir.

 

Saytın hesablamalarına görə, çəkiliş saat 15:11-də deyil, təxminən 16:10-da aparılıb. Çünki kölgənin uzunluğu təxminən 1,76 metrdir.



Belə çıxır ki, edam səhnəsi əsir götürmə səhnəsindən əvvəl çəkilib. Yəni, atılan güllələrdən bədənləri aşsüzənə dönmüş əsirləri yenidən həyata qaytarıb şəhərin şimal hissəsinə aparıblar ki, orda yenidən qətlə yetirib videoya çəksinlər? Cəfəngiyyatdır.

 

İqlim şəraiti


Bundan əlavə, başqa bir diqqətçəkan məqam da var. Çəkilişlər həqiqətən 14 oktyabr 2020-ci ildə baş veribsə, həmin gün Hadrutda oktyabrın ən isti günü kimi qeydə alınıb. Buna əmin olmaq üçün sadəcə günün hava durumuna nəzər salmaq kifayətdir.

 

Əsirgötürmə səhnəsində hərbçilərin qış geyimində olması da nəzərdən qaçmır. Elə yaşlı əsir də havaya görə çox isti geyimdədir. Belə çıxır ki, sözügedən videogörüntülər Hadrutun hələ Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olduğu zaman lentə alınıb. Misalçün, 8-9 oktyabrda. Sərin hava, duman və gecə saatlarında 10 dərəcə soyuq, pilotsuz təyyarələrin uçuşlarında fasilə - çəkilişləri təşkil etmək üçün ideal fürsətdir. O zaman geyim məsələsi də yerinə düşəcək.


İndi isə edam səhnəsinə qayıdaq və digər mülahizələri nəzərdən keçirək. Məlum videoda yerli telekanalın 2019-cu ildə həmin bu parkda çəkdiyi kadrlardan istifadə edilməsi danılmazdır.

 

Sənətkar əsgərlər


Bura həmin məkandır. "Qarabağ - Azərbaycandır" yazısı dərhal diqqət çəkir. Qarşınızda daha bir şübhəli məqam var - təmas xəttində yerləşən şəhərdə hücum qrupunun qrafiti ilə məşğul olması inandırıcı deyil. Xüsusilə bir həftəlik ağır döyüşlərdən sonra təmizləmənin ilk günü. Bu fraqmentin montaj olduğunu anlamaq o qədər də çətin deyil. Divarın yazı olan yuxarı hissəsi ilə alt hissəsindəki rəng fərq əyani şəkildə göstərir.


 


Həmçinin işqaldan azad olunmuş Qarabağda tez-tez nəzərə çarpan qraffitlərdəki hərf səhvləri də diqqətdən yayınmır. Hətta Qafqazla yaxın tanışlığı olmayan adam belə anlayar ki, heç bir azərbaycanlı istənilən tərcumanda asanlıqla tapılan "Qarabağ Azərbaycandır” ifadəsinin əvəzinə, «GaraPağ AzərbayGan” yazmaz. Doğru deyirəm?


Dərhal Ukraynanın şərqində aparılan hərbi əməliyyatlar zamanına aid "Dombas müstəqildir" yazısı yada düşür. Görünür, hər ikisi "sərhədsiz bisavad təbliğatçılar" təşkilatının əl işidir. Videonun kim tərəfindən çəkildiyini bilmirəm, amma əminliklə deyə bilərəm ki, əsirləri o parka məhz Qarabağla bağlı sözügedən yazıya görə aparıblar. Məhz bu yazının köməyi ilə tamaşaçıya hadisənin baş verdiyi məkanla bağlı mesaj verilib.Amma yazı müəllifləri məktəbdə yaxşı oxumayıblar.


 


 

Çəkilişin keyfiyyəti isə ayrıca söhbətin mövzusudur. Kadrları diqqətlə nəzərdən keçirəndə növbəti sual meydana çıxır. Əsirlərin güllələnmədən əvvəl əyləşdirilməsinə nə ehtiyac vardı? Yəni, qatillər belə humanistmişlər? İnsanların öləndə çox yorğun olmalarını ürəkləri götürməyib? Məntiqsizlik göz önündədir. Əvvəlcə insanları 4 km gəzdiriblər, sonra isə əyləşdiriblər.

 

Beləliklə, ən dadlı-duzlu məqam. Videonun səhnələşdirmə olduğu barədə danışmağımıza imkan verən ən əsas detal elə edam səhnəsinin özüdür. Komandir "azərbaycanca” açıq şəkildə başları nişan almaq əmri verdiyi halda, nədənsə güllələr əsirlərin başlarından yan keçərək, yağış kimi bədənlərinin müxtəlif yerlərinə yağır. Çünki başa dəyən güllələri imitasiya etmək mümkünsüzdür.Bu zaman baş, üz-göz deformasiyaya uğrayır, bolluca qan axır. Amma videoda qan axmır. Asfaltda güllə izlərigörünmür. Ümumiyyətlə, heç bir dağıntı müşahidə olunmur.

 

Aydındır ki, hətta yaxşı hərbi təlim keçmiş döyüşçülər belə, yaxın məsafədən belə dəqiq atəş edə bilməzlər. Bütün güllələri yalnız bədənə yeridib, ətraflara, başa toxunmamaq mümükün deyil. Üstəlik bədənə dəyən onlarla güllə insanları geriyə itələmək avəzinə sadəcə yerə yıxır.

 

Məntiq

 

Vizual məqamlardakı uyğunsuzluqlarla yanaşı, motivlərdə də aşkar bir məntiq uyğunsuzluğu var. Qanunsuz olaraq əsir güllələyən qatillər nə səbəbə cinayətlərini videoya çəkib sənədləşdirməli idilər? Üstəlik, yenicə qızğın döyüşlərdən çıxan, internet və elektrik problemi yaşanan Hadrutda iki daşın arasında, çəkilən materialın sosial şəbəkələrə yerləşdirilməsi nə dərəcədə inandırıcı səslənir? Müharibədə video və torrentlərlə öyünmürlər. Buna nə ehtiyac var, nə də imkan.

 

Daha naqolay suallar da var. Məsələn, nəyə görə məlum video Azərbaycanla əlaqəli qruplardan deyil, erməni akkauntlarından yayıldı? Azərbaycanlı tərəfindən paylaşılan istənilən videoya əvvəlcə onun dostları reaksiya verməli idi. Axı bu, şəhər daxilində aparılan əməliyyatın sübutudur.



Bütün bunlar Ermənistanın Azərbaycan Hava Qüvvələrinə qarşı apardığı xüsusi informasiya əməliyyatı kimi qiymətləndirilə bilər. Hadrutun ermənilərin nəzarəti altında olduğu günlərdə, iqlim şəraitinə görə pilotsuz təyyarələrin uçuşunda müvəqqəti fasilə yaranmasından istifadə edən ermənilər şəhərin içi ilə 4 km. irəliləyib qraffiti, toz-duman oyunu oynamaq üşün fürsət qazandı.

 

Amma azərbaycanlılar şəhəri azad etdikdən sonra ermənilər həmin videonu yenidən çəkə bilmədi. Buna görə də vəziyyətdən çıxmaq üçün yanlışlarla dolu ilk dubldan istifadə etmək məcburiyyətində qaldılar.

 

Bir də ki, tanınmamış boz zonanın xüsusi informasiya əməliyyatları aparmaq təcrübəsi hardan ola bilər?

 

Tərcümə etdi: Selcan

Sfera.az


 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...