Ermənilərin Azərbaycana qarşı məhkəmə iddiası haqda XİN-dən açıqlama

Ermənilərin Azərbaycana qarşı məhkəmə iddiası haqda XİN-dən açıqlama

"Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş "Sarıbekyan və Balayan Azərbaycana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Sfera.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva deyib. 

XİN sözçüsü qeyd edib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib: "Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır”.

Leyla Abdullayevanın sözlərinə görə, Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib: "Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

 "Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək "Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Moskva şəhərin...

Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilə bilərmi? – Hərbi ekspert

 "Türkiyə Respublikasının Azərbaycanda hərbi bazalar qurması qısa vaxtın işi deyil. Burada dövlətlərarası anlaşma, müqavilələr, konstitusiya aktlarında zər...

İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi

 Avqustun 12-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Sfera.az xəb...

Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb

 Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib. Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qə...

“Türkiyənin hərbi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji əhəmiyyəti var” - Deputat

 "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır və həmişə dəstəyini davam etdirəcək”. Bunu "MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar ...

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb

 11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xar...