No Image
No Image

"Erməniləri dəstəkləyən məşhurlar "qara siyahı"ya salınmalıdır" - Deputatlardan TƏKLİF

İkinci Qarabağ müharibəsi dövründə zaman-zaman dünyaca məşhur bəzi simaların açıq şəkildə erməni seperatizmini dəstəklədiyinin şahidi olduq. Elə bir neçə gün əvvəl tanınmış fransız aktyorların bu istiqamətdə "Le Figaro” nəşri vasitəsi ilə müraciəti də buna nümunədir.

 

Maraqlıdır, əzəli Azərbaycan ərazisi olan Qarabağın ermənilərə məxsus olduğunu deyən və seperatizmi dəstəkləyən bu şəxslərlə bağlı hansı addımlar atıla bilər?

 

Məsələ ilə bağlı Sfera.az-a danışan deputat Sabir Rüstəmxanlı həmin şəxslərin "qara siyahı"ya salınmalı olduğunu və reallığın çatdırılması üçün hərəkətə keçməyin zəruri olduğunu bildirib:


"Həmin şəxslərin Azərbaycanla əlaqələri yenidən nəzərdən keçirilə bilər. Onların Bakıya gəlib-getməyinə müəyyən qadağalar tətbiq edilməsi mümkündür. Biz bundan əlavə qabaqlayıcı addımlar da atmalıyıq. Çağırışlar etməli, bədii əsərlər, filmlər hazırlamalıyıq. Bununla da separtizmi dəstəkləyən həmin şəxslərdə Qafqaz haqqında real təsəvvürlər yarana bilər.

 

Məsələn, Almaniya mətbuatı açıq şəkildə Azərbaycanı ittiham edir, bizi işğalçı adlandırır. Onlar bizi soyqırım törədən, erməni tarixi abidələrini dağıdan xalq kimi tanıdır. Biz bunlara faktlarla cavab verməliyik. Yanlız müşahidə etmək və bu kimi şeyləri pisləməklə kifayətlənmək olmaz. Hərəkətə keçməliyik, onlara cavab verilməlidir".

 

Deputat Asim Mollazadə erməni seperatizmini dəstəkləyən şəxslərin "qara siyahı"ya düşsələr belə öz əməllərindən əl çəkməyəcəklərini diqqətə çatdırıb:


"Təbii ki, Azərbaycan bu insanları qara siyahıya sala bilər. Açıq şəkildə seperatizmi dəstəkləyən şəxslərə qarşı bu addım atılmalıdır. Mənə elə gəlir ki, onlar yenə də öz əməllərindən əl çəkməyəcək, seperatizmi dəstəkləyəcəklər".


 

Sfera.az

Əzizə Zeynal

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentdən müharibə əlilləri və şəhid ailələri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmi...

Azərbaycanlılar Xankəndinə niyə köçürülmür? – “Monitorinq Mərkəzi işə başlayandan sonra…”

Ötən ilin 10 noyabrından etibarən Rusiya sülhməramlılarının iştirakı ilə Dağlıq Qarabağa xeyli sayda erməni ailələri köçürülüb. Buna baxmayaraq, Dağlıq Qarab...

SOCAR-ın Müşahidə şurasının sədri Mikayıl Cabbarov oldu

Prezident Ilham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb. &n...

Türk əsgərinin gəlişi Rusiya sülhməramlılarının özbaşınalıqlarını azaldacaq - Açıqlama

"Rus sülhməramlıları özlərini bir qədər yığışdırmalı olacaq”. Bu sözləri Sfera.az-a açıqlamasında Monitoriq Mərkəzinin fəaliyyətə başlamasından sonra ...

ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…

Bayden-Harris rəhbərliyi Azərbaycana təhlükəsizlik yardımını nəzərdən keçirəcək.   Sfera.az xəbər verir ki, Bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd E...

Paşinyanın “Şuşa bizim deyil” bəyanatındakı GİZLİ MESAJ – Məqsəd Hadrutdur...

"Paşinyanın bu açıqlaması Şuşanı Hadrutla əvəzləmək məqsədi daşıyır”. Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın Şuşanı...