Ermənilər Tovuzun Dondar Quşçu kəndini topdan atəşə tutub

18:45 / 13.07.2020
4583
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.