No Image
No Image

Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib

Ermənilər idmançımızın döyüşündən öncə təxribat törədib
Ermənilər Azərbaycanın və "Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasovun Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights 100” turnirindəki görüşündən öncə təxribat törədiblər.

Sfera.az xəbər verir ki, bu barədə  idmançının məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov məlumat verib.

Onun sözlərinə görə, ermənilər N.Abbasovun döyüşünün baş tutmaması üçün yalan məlumat yayaraq təşkilatçıları çaşdırıblar: "Turnirdə Rusiyanı təmsil edən erməni var idi, onu da gürcüstanlı idmançı döyüb məğlub etdi. Döyüş gecəsi aprelin 10-da olmalı idi. Amma təxirə salındı. 100-cü turnir olduğu üçün 15 minlik zal tam dolmuşdu. Ermənilər istəyirdilər ki, Nərimanın döyüşü olmasın. Çünki bu, turnirin əsas döyüşü idi və onun qələbə qazanacağını bilirdilər".

Ş.Abbasov "AMC Fight Nights" turnirinin prezidenti Kamil Hacıyevlə məsələni müzakirə etdiyini bildirib: "Görüş aprelin 11-nə təxirə salınsa da, çox yaxşı keçdi. Döyüş zamanı heç bir təxribat olmadı".

Qeyd edək ki, turnirdə Rusiya təmsilçisi, sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa çempionu Şamil Amirovla üz-üzə gələn Nəriman Abbasov 3-cü raundda texniki nokautla rəqibini məğlub edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR