No Image
No Image

Ermənilər atəş açdı, mülki obyektlərdə yanğın başladı

Ermənilər atəş açdı, mülki obyektlərdə yanğın başladı
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Bundan başqa, Ağdam rayonuna atılmış mərmilər ayrı-ayrı vətəndaşlara məxsus iki ünvandakı təsərrüfat obyektlərində yanğınlar törədib. Yanğınsöndürmə qüvvələri tərəfindən obyektlərin bir hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Bakıda yaşlı kişi köşkdə yanaraq ÖLDÜ

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Sfera.az FHN-ə istinadən xəbər ve...

Təhlükəli Kəlbəcər yolları - VİDEO

Noyabr ayı olmasına baxmayaraq, Kəlbəcərdə artıq sərt hava özünü göstərir. Sosial mediada yayılmış görüntükərdə Kəlbəcərin qarlı-buzlu yollarında avtomobi...

Bakı-Quba yolunda sürücü idarəetməni itirərək qəza törətdi - FOTO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə yolun 15-ci km-də qeydə alınıb. Belə ki, 90-GD-426 dövlət nömrə ...

Dopinqlə mübarizə haqqında qanun imzalandı

MDB Parlamentlərarası Assambleyası noyabrın 27-də keçirilən plenar iclasda idmançıların dopinq istifadəsinə qarşı mübarizənin qanuni əsaslarını əks etdirən mode...

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ - Ordu döyüş vəziyyətinə gətirildi

Şərqi Aralıq dənizində Avropa İttifaqının "İrini" əməliyyatmı çərçivəsində Türkiyəyə məxsus "Roseline-A" ticarət gəmisində qanunsuz axtarış aparılmasından sonra...

Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

Cəbhə bölgəsindən evlərinə dönməyə hazırlaşan rəşadətli əsgərlərimiz əylənərək rəqs edirlər.  Sfera.az xəbər verir ki, döyüşçülər hərb həyatlarının a...