Erməni milyarder Moskvada azərbaycanlılara dəyən zərəri ödəyəcək: \"Utanıram...\"

Erməni milyarder Moskvada azərbaycanlılara dəyən zərəri ödəyəcək: \
 Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.

Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün  kömək istəyib.

Sfera.az bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Ermənilər Assambleyası” adından yayımlanıb.

Sarkisov o cümlədən,  qeyd edib ki, "öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən insanlardan” utanırdı.

Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada azərbaycanlıların əmlakına vandallar tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə hazırdır.

Sarkisovun müraciətində o cümlədən  deyilir: "… Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.

Qardaşım və mən Moskvada doğulub böyüdük. – gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var.

Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram.

Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin. Onlara izah edin ki, xalqlarımızın adətində yaşamaq və işləmək, övladlarınız üçün təhsil almaq üçün verilmiş evdə dava-dalaş  təşkil etmək yoxdur.

Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır …

Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən,  əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür …

Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər. ”

(ens.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.   Sfera.az xəbər verir ki, ya...

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc e...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

19:23   Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 26-da Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə g...

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...