No Image
No Image
No Image

Erməni mətbuatı: Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – VİDEO

Erməni mətbuatı: Ermənistan ordusu bu torpaqlarımızdan çıxır – VİDEO
Cənubi Qafqazda gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyən fəallıq göstərib və münaqişə tərəfləri ilə danışıqlara başlayıb. Xüsusilə, gizli məlumatlar var ki, artıq İrəvanda ATƏT-in Minsk Qrupunun danışıqlar masası arxasına oturmaq təklifini qəbul ediblər. Ermənistanın münaqişənin "Madrid prinsipləri” üzrə həllinə razılıq verdiyi də bildirilir.
Sfera.az bildirir ki, bu barədə Ermənistanın "Fakt” qəzeti məlumat yayıb.

Qəzetin Ermənistan hökumətindəki mənbəsinin sözlərinə görə, Ermənistan Minsk Qrupunun təklifini qəbul edib:

"Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, bu sənədin bəzi məqamları ona aydın deyil və o, izahat üçün vasitəçilərə müraciət edib”.

Xatırladaq ki, 2007-ci ilin noyabr ayında Madriddə Minsk Qrupunun həmsədr ölkələri – ABŞ, Fransa və Rusiya nazirləri Ermənistan və Azərbaycanın arasındakı münaqişənin əsas nizamlama prinsiplərinin ilkin variantını, yəni "Madrid prinsipləri” adlı sənədi təqdim ediblər.

"Madrid prinsipləri”nə əsasən ilk mərhələdə Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 5 rayondan və Laçının 13 kəndindən işğalçı ordu çıxarılmalı və bu torpaqlar Azərbaycana geri qaytarılmalıdır. Geri qaytarılması nəzərdə tutulan rayonlar aşağıdakılardır:

Ağdam rayonu

Füzuli rayonu

Cəbrayıl rayonu

Zəngilan rayonu

Qubadlı rayonu

Laçın rayonunun 13 kəndi.
 
axar.az
 

OXŞAR XƏBƏRLƏR

Prezident Mehriban Əliyevanın vəzifə təyinatı haqda: “Onu inandırmaq üçün…”

"Mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hö...

Obama meqafonla küçələri gəzib Bayden üçün səs istədi - FOTO

ABŞ-ın keçmiş prezidenti Barak Obama ABŞ Demokratlar Partiyasının üzvü Co Baydenin prezidentliyə namizəd kampaniyasını dəstəkləyib.   Sfera.az xəbər veri...

“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

Sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən döyüş xəbərləri barədə KİV nümayəndələrinin vasitəsi ilə məlumat alırıq. Bir aya yaxındır ki, qaynar n...

Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir. Bu sözləriSfera.az-a açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaq...

İran ABŞ-a nota verdi

İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir. ...

Arutyunyan erməniləri qələbə üçün dua etməyə səslədi

Əli hər yerdən üzülən  qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan qələbə üçün inamın lazım olduğunu bildirib. Sfera.az xəbər verir ki, bu ...