Erməni general prezidenti və baş naziri məhkəməyə verdi

Erməni general prezidenti və baş naziri məhkəməyə verdi
Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryan Ermənistan prezidenti Armen Sarkisyana baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb.

Sfera.az xəbər verir ki, bu barədə News.am məlumat verir.

Tiran Xaçatryan məhkəmədən Arşak Karapetyanı Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini təyin edilməsində heç bir hüquqi məsuliyyət daşımamasını tanınmağını tələb edir.

Xatırladaq ki, Tiran Xaçatryan başqa bir iddia ilə məhkəməyə müraciət edərək onun Ermənistan prezidentinin əmri ilə silahlı qüvvələri baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilməsinə dair 24 fevral 2021-ci il tarixli fərmanın qüvvədən düşməsini tələb edir.

OXŞAR XƏBƏRLƏR