Erməni əsilli futbolçu Rusiya çempionatında dava saldı - VİDEO

Erməni əsilli futbolçu Rusiya çempionatında dava saldı - VİDEO
Futbol üzrə Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Spartak”-"Dinamo” oyununda futbolçular arasında insident yaşanıb.

Sfera.az xəbər verir ki, toqquşma "Dinamo”nun futbolçusu Arsen Zaxaryanın "Spartak”ın belçikalı müdafiəçisi Maksimiliano Kofriyə qarşı etdiyi kobud hərəkətdən sonra başlayıb.

Qısa müddət ərzində meydanda olan oyunçular, əvəzedicilər və məşqçilər korpusu da davanın iştirakçısına çevrilib.

Hakim dörd futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

OXŞAR XƏBƏRLƏR