Erməni anaları və əhali etiraz edir

Erməni anaları və əhali etiraz edir
 

Xəbər verdiyimiz kimi, cəbhənin Tovuz rayon Ağdam kəndi istiqamətində düşmənin artilleriya silahlarından da istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozması və Azərbaycan Ordusunun adekvat cavab tədbirləri nəticəsində hər iki tərəf itki verib. 

Sfera.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi gün ərzində dəfələrlə rəsmi məlumatlar verərək, Azərbaycan cəmiyyətini intensiv xəbərlərlə təmin edib: "Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb".

Ancaq Ermənistan Müdafiə Nazirliyi hələ də rəsmi məlumatları açıqlamaqdan çəkinir, Ermənistan ordusunun itkilərini gizlətməyə çalışaraq erməni əhalisinin təşvişini birə beş artırır. 

Ordusundakı ölüm saylarını gizlətməyə çalışan Ermənistan tərəfi artıq daxili qarşıdurma ilə üz-üzədir. Ölən hərbi qulluqçuların anaları və erməni əhalisi sosial şəbəkələrdə əsgər ölümlərinə etiraz edirlər. Onlar Baş nazir Nikol Paşinyanın səriştəsizliyini, idarəetmə bacarığının olmadığını və hər an ölkəsinin əsgərini öldürtməyə hazır olduğunu bildiriblər. Bu etirazlar erməni sosial şəbəkələrində və rusdilli mətbuatda yer alıb. 

Onlar Paşinyanın yarıtmaz daxili və xarici siyasətinin əsgər ölümlərinə səbəb olduğunu yazaraq onun "xarab sistem"ini tənqid ediblər.

Yaranmış belə şəraitdə daxili vəziyyətin daha da pisləşməməsi üçün Ermənistanın müdafiə naziri Daviв Tonoyan hələ də rəsmi ölüm saylarını gizlətməyi üstün bilir. 

 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...