Ərdoğanın sözçüsü: Qarabağda fəaliyyət üzrə Rusiya ilə danışıqlar davam edir

Ərdoğanın sözçüsü: Qarabağda fəaliyyət üzrə Rusiya ilə danışıqlar davam edir
 Türkiyənin Silahlı Qüvvələri müdafiə sahəsində çoxdan Azərbaycan tərəfi ilə fəal və sıx qarşılıqlı əlaqədədirlər.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyənin hərbi qulluqçuları Qarabağda olacaqlar.

"Yəni müəyyən mənada biz çoxdan Azərbaycandayıq. İndi Cənubi Qafqaza hərbi qulluqçuların göndərilməsi haqqında fərmanın layihəsi parlamentdən keçib. Bu o deməkdir ki, biz monitorinq mərkəzinin hissəsi kimi Qarabağda olacağıq", - Türkiyə liderinin mətbuat katibi deyib.

İbrahim Kalın diqqəti Qərbdəki müəyyən dairələrin Rusiya hərbçilərinin Dağlıq Qarabağa daxil olması ilə bağlı narahatlığına cəlb edib. "Qarabağa Rusiya hərbçilərinin olmasına narahatlığını ifadə edənlər nədənsə Ermənistanda Rusiya hərbi bazasının mövcudluğunu susurlar. Əgər siz həqiqətən Qafqazdakı rus qoşunlarından narazısınızsa, onda Rusiya Federasiyasının hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edin. Amma sizin buna gücünüz yoxdur!", - Kalın deyib.

Türkiyə prezidentinin mətbuat katibi xatırladıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında razılaşma təşəbbüsü ilə çıxış edəndə rəsmi Ankara bu ideyanı dəstəkləyib, amma razılıq əldə edilməyib. Bu, Fransanın özünə də aiddir.

"Nə NATO, nə də Avropa Birliyi faktiki olaraq Qarabağ üzrə konkret və reallaşdırılan təkliflə çıxış etdi, halbuki Moskva və Ankara 30 illik münaqişənin nizama salınması üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - Kalın deyib.

Onun sözlərinə görə, Rusiya ilə Qarabağ üzrə Monitorinq mərkəzinin fəaliyyəti üzrə danışıqlar davam edir. "Dialoqun birinci mərhələsi qurtardı. Rusiya tərəfi Ankaranın mövqeyi haqqında məlumatlandırılıb. İndi Rusiya nümayəndə heyətinin üzvləri Kremldən müvafiq təlimatları alacaqlar. Dialoqda Türkiyənin Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsiplərini müəyyən ediləcək. Kimin nəyə məsul olması dəqiq müəyyənləşdiriləcək. Hər halda Türkiyə hərbi qulluqçuları Qarabağ üzrə mərkəzdə olacaqlar", - Kalın əlavə edib.

OXŞAR XƏBƏRLƏR

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...