Erdoğan sosial şəbəkələrə qarşı - Türkiyəyə youtube, netflix, twitter yaraşmır

Erdoğan sosial şəbəkələrə qarşı - Türkiyəyə youtube, netflix, twitter yaraşmır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə təhqiramiz ifadələr işlədənləri sərt tənqid edib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bundan sonra sosial şəbəkələrlə bağlı hüquqi tənzimlənmənin hazırlanacağını və tətbiq olunacağını bildirib:

"Nə üçün YouTube, Tvitter, Netflix kimi sosial şəbəkələrə qarşı olduğumuzu başa düşürsünüz? Bu cür əxlaqsızlığı aradan qaldırmaq üçün. Yalanın, böhtanın, insan haqlarına hücumun baş alıb getdiyi bu kanalların tənzimlənməsi şərtdir. Türkiyəyə, bu millətə belə kanallar yaraşmır.

Ona görə bu cür şəbəkələrin yığışdırılmasını, onlara nəzarət olunmasını istəyirik. 83 milyonluq Türkiyə vətəndaşlarının sosial şəbəkə terroru qarşısında əli-qolu bağlı qalmasını qəbul edə bilmərik.

Bununla bağlı hərtərəfli hüquqi tənzimləmə üzərində çalışırıq. Hüquqi və maliyyə sanksiyaları daxil olmaqla hər cür üsulu tətbiq edəcəyik”.

Ərdoğanın bu açıqlamasından sonra İYİ partiyasının rəhbəri Meral Akşenerlə CHP lideri Kamal Kılıçdaroğlu sosial şəbəkə hesablarında paylaşım edərək buna qarşı olduqlarını bildiriblər.

Ərdoğan Tvitter hesabından onlara ismarıc göndərərək "Onlar filmlərini izləsinlər, biz xidmət edib tarix yazmağa davam edəcəyik” yazıb.

MHP lideri Dövlət Baxçalı Albayraka və ailəsinə edilən təhqirləri pisləyərək "Sosial şəbəkə dibsiz quyuya, insaf nədir bilməyən minalı platformaya çevrilib” deyib. O, bundan sonra bütün sosial şəbəkə hesablarını donduracağını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...