Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verdi

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verdi
"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.

F.Altun vurğulayıb ki, iki ölkənin tarixi olayları ilə yanaşı ortaq dəyərlərini gündəmə gətirən birgə sərgi, simpozium keçirilə, nəşrlər hazırlana bilər.

O, sözügedən fəaliyyətlərin Türkiyə və Azərbaycan vətəndaşları ilə məhdudlaşmamasının vacibliyini diqqətə çatdırıb:
"Beynəlxalq təşkilatlar və platformalarda fəaliyyətlərimizi sıx əməkdaşlıq və koordinasiya edilmiş formada həyata keçirəcəyik. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin gündəmə gətirdiyi, Prezidentimiz, cənab Rəcəb Tayyib Ərdoğanın da dəstək verdiyi çoxtərəfli regional əməkdaşlıq platforması təklifini də dünyaya anlatmalıyıq. Ermənistanın Qarabağdakı mədəni irsə vurduğu zərərləri dünyanın gündəminə gətirib, işğal altındakı torpaqların azad olunmasından sonra həyata keçirilən işləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.

OXŞAR XƏBƏRLƏR

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...