Ərdoğan ev telefonlarına səsli mesaj göndərdi

16:10 / 22.03.2020
4006
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyasının geniş yayıldığı zamanda vətəndaşlara növbəti çağırışını edib.
Səsli mesajda "evdə qal" çağırışı edilib. Ərdoğan vətəndaşlara koronavirusla əlaqədar məcburiyyət olmadığı halda çölə çıxmamağı tövsiyə edib.
Qeyd edək ki, Ərdoğanın səsli mesajı telefon zəngi olaraq da vətəndaşlara çatdırılır.