Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?

Ən çox yayılan beyin problemi - Miqrendən necə qurtulmaq olar?
İyulun 22-si Ümumdünya Beyin Günü kimi qeyd olunur. Bu günlə bağlı yayılan məlumatlarda ən geniş yayılan baş, beyin probleminin miqren olduğu vurğulanır.

Türkiyənin nevrologiya uzmanları açıqlamalarında miqren və onun müalicəsi barədə danışıblar. Qeyd olunub ki, baş ağrılarının əsas səbəblərindən biri miqrendir. Məlumatlara görə, hər beş qadından, hər on kişidən biri miqrendən əziyyət çəkir. Miqren insanların həyat keyfiyyətinə təsir edir.

Miqren baş ağrısını digər ağrılardan neçə fərqləndirmək olar?

Sfera.az e-tibb.az-a istinadən bildirir ki, miqren ağrısı başın bir tərəfindən başlayır. Zonqlayıcı tərzdə olan ağrı saatlarla davam edir. Ürəkbulanma, gündəlik işlərə mane olan, şiddətli baş ağrısı, işığa, səsə qarşı dözümsüzlük miqrenin əsas əlamətləri sayılır. Bildirilir ki, stress, depressiya, hamiləlik, menopauza öncəsi hal, çox parlaq işıq, çirkli, isti hava, atmosferdə, havada olan dəyişkənliklər miqren ağrılarının baş qaldırmasına səbəb olur. Fermentli qidalar, şokolad, quru meyvələr, balıq, alkoqol, kofeinli içkilər, gün ərzində az maye qəbulu miqren tutmalarını şiddətləndirə bilər.

Mütəxəssislər miqrenin müalicə olunan xəstəlik olduğunu deyiblər. Bunun üçün sadəcə, insanlar xəstəlik haqda maariflənməli, həyat tərzlərini dəyişməli, tutmalar zamanı düzgün dərman istifadə etməli, kəskin tutmaların qarşısını almaq üçün öncədən tədbir görülməlidir.

Xroniki miqrenin müalicəsində isə ən yaxşı metod botulino terapiya (botoks) sayılır.

Qeyd olunub ki, bu metodla müalicə olunan xroniki miqren xəstələrinin təxminən 83 faizində yaxşı nəticə qeydə alınıb. Bu müalicəni alanlarda miqrenin tutma sıxlığı və şiddəti əhəmiyyətli dərəcədə azalıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...