Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...

Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...
"NordPass” illik "Ən Ümumi Şifrələr” hesabatını paylaşıb.

Sfera.az xəbər verir ki,  tədqiqat göstərib ki, insanlar adətən futbolla bağlı ifadələrdən, avtomobil markalarından və qrup adlarından parol kimi istifadə edirlər. Bu araşdırma həmçinin bir çox istifadəçinin parol kimi öz adından da istifadə etdiyini göstərib.
 
"ESET” informasiya texnologiyaları təhlükəsizliyi şirkətindən Ceyk Mur vurğulayıb ki, bu araşdırma göstərir ki, insanlar hələ də zəif paroldan istifadənin risklərini başa düşmürlər. Ceyk Mur insanlara təfərrüatları yadda saxlamadan ziyarət etdikləri hər sayt üçün fərqli parollar təyin edə bilən parol menecerindən istifadə etməyi tövsiyə edib.

Araşdırmalara görə, 23456-nın dünyada ən çox yayılmış parol olduğu, təxminən 103 milyon 170 min 552 istifadəçi tərəfindən istifadə edildiyi məlum olub. 123456789 və 12345 şifrələri isə müvafiq olaraq 46 milyon 27 min 530 və 32 milyon 955 min 431 nəfər tərəfindən istifadə olunur.

Digər tərəfdən, araşdırma edən mütəxəssislər məşhur futbol klubları və digər mədəni simvolların da parol kimi istifadə edildiyini açıqlayıb. Buna uyğun olaraq, Çilidə "Colocolo”, Braziliyada "Bacional”, Çexiyada "Sparta”, Fransada "Marsel” və Almaniyada "Schalke04” geniş istifadə olunur. Həmçinin, İrlandiyada "guinness” kimi məşhur yerli içki adları, Nigeriyada "Məsih" və Səudiyyə Ərəbistanında "Bismillah" kimi dini terminlər parollarda tez-tez istifadə olunur və asanlıqla təxmin edilir. Hesabatda qadınların parol kimi "mənim günəşim” və ya "səni sevirəm” kimi daha müsbət və sevgi dolu sözlərdən istifadə etdiyi müəyyən edilib. Digər tərəfdən kişilərin daha çox söyüş, idman, xüsusilə də futbolla bağlı parollardan istifadə etdiyi müşahidə edilib.

Həmçinin, qwerty, password və 111111 Top 10 siyahısında digər məşhur parollar arasında yer alıb.
 
Əzizə
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İnternetə məlumat sızdı: "iPhone 14" belə olacaq - Yeni funksiyalar/FOTOLAR

"iPhone 14" bir çox yeni funksiyalara sahib olacaq.   Sfera.az bildirir ki, Apple yeni nəsil telefonları satışa çıxarmamışdan qabaq, artıq haqqında bəzi ...

Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...

"NordPass” illik "Ən Ümumi Şifrələr” hesabatını paylaşıb. Sfera.az xəbər verir ki,  tədqiqat göstərib ki, insanlar adətən futbolla bağlı ifadələr...

“WhatsApp”dan son giriş vaxtı və profil şəkli ilə bağlı YENİLİK

"WhatsApp” messencerində istifadəçilərin məxfiliyini artıracaq yeni funksiya işə salınıb. Yeniləmə 2.21.23.14 proqram versiyası olan istifadəçilər üçün əlçatan ...

"Facebook"dan yeni qərar: 1 milyarddan çox insanın bu məlumatları silinəcək

"Facebook” üz tanıma sistemlərini bağlayacağını açıqlayıb.   Sfera.az bildirir ki, bu barədə platformanın süni zəka üzrə vitse-prezidenti Jerome Pesenti ...

Facebook sosial şəbəkəsinin adı dəyişməyəcək – Zukerberqdən AÇIQLAMA

Facebook sosial şəbəkəsinin adı dəyişməyəcək, Facebook olaraq qalacaq. "Facebook Inc” ana şirkətinin adı isə Meta olacaq, ancaq bir çox fərdi proqramların adlar...

“Facebook”dan “iPhone” istifadəçilərinə XƏBƏRDARLIQ: Proqramı silin!

Təhlükəsizlik tədqiqatçıları iOS istifadəçilərinə xəbərdarlıq ediblər ki, "Facebook” məkan icazəsi söndürülsə belə, məkan məlumatlarını toplamağa davam edir. Na...