Əmrah da öz adına kriptovalyuta buraxdırır

Əmrah da öz adına kriptovalyuta buraxdırır
Məşhur türkiyəli müğənni Əmrah öz adına kriptovalyuta buraxdıracaq.
 
Sfera.az bildirir ki, ticarət investisiyaları ilə diqqət çəkən müğənninin bu dəfəki addımı da müzakirə obyekti olub. Əmrah "bitcoin”də kifayət qədər sərmayəsi olduğunu bildirib.

Xaricdən gələn investisiya məsləhətçilərinin rəhbərliyi ilə kriptovalyuta bazarına girməyi düşünən ifaçı lazımi prosedurları yerinə yetirmək üçün hazırlıqlara başlayıb. Əmrah həmçinin şəxsi kriptovalyutası ilə bağlı "Emcoin” və "Emrahcoin” adları barədə düşündüyünü qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə Əmrah konsert təklifi zamanı qonorarın pul ilə deyil, 30 bitcoinlə ödənilməsini tələb etmişdi.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR