Emin Əmrullayev əmr imzaladı

Emin Əmrullayev əmr imzaladı
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmruallayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3, ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir. Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:

birinci yarımil: 15 sentyabr – 26 yanvar;
ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM inzibati icraçı vəzifələr üzrə test imtahanının nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr...

Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM DAYANACAQ? - VİDEO

Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də orta məktəblərdə koronavirusa yoluxma sayı artıb. Oğuzun bayan kənd məktəbi dünəndən etibarən fəaliyyətini dayandırıb. Bu...

Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir -FOTOLAR

"İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziya...

Bu Təhsil Şöbəsinə yeni rəhbər təyin olundu

Ağsu Rayon Təhsil Şöbəsinə yeni rəhbər təyin olunub. Sfera.az xəbər verir ki, bu vəzifəyə Əlimirzə Dəmir oğlu Məmmədov təyinat alıb. Qeyd edək ki, Ə...

Kənd məktəbi koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib. Sfera.az-...

DİM bu həftə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi oktyabr 24-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifəl...