Emin Ağalarov Leyla Əliyevanın övladlığa götürdüyü körpə ilə — FOTO

Emin Ağalarov Leyla Əliyevanın övladlığa götürdüyü körpə ilə —  FOTO

Müğənni-bəstəkar Emin keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə fotosunu paylaşıb. 

Axşam.az-ın məlumatına görə, ifaçının İnstaqram səhifəsində yerləşdirdiyi şəkildə atası, Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov, əkiz övladları Əli və Mikayıl da yer alıblar. 

Emin fotoya "Nəsillər dəyişir, dünya isə qalır" sözlərini yazıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov mətbuata müsahibəsində Fondun vitse-prezidenti Leyla Əliyevanın övladlığa uşaq götürdüyünü açıqlamışdı: 

“Leyla Əliyeva uşaq evində valideyn himayəsindən məhrum olan bir körpə qıza ürəkdən bağlanıb və həmin körpəni övladlığa götürüb. Leyla xanım artıq bu gün yalnız iki əkiz oğlanların deyil, eyni zamanda bir qız anasıdır. Bu gün Leyla xanımla kiçik Əminə arasındakı isti, doğma münasibəti, onların bir-birinə olan məhəbbətini, bağlılığını görüb sevinməmək mümkün deyil. Və bütün ailələrə valideyn ilə övlad arasında belə məhəbbətin və gözəl münasibətin olmasını arzu edirəm”. 


OXŞAR XƏBƏRLƏR