Əmək müqaviləsi bağlamayan mağaza sahibinə vergi cəzası

Əmək müqaviləsi bağlamayan mağaza sahibinə vergi cəzası
 

Vergi ödəyiciləri tərəfindən əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən nəzarət tədbirləri davam etdirilir. 

Vergilər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Bayramov Ceyhun Mahir oğluna məxsus, Gəncə şəhərinin müxtəlif ünvanlarında yerləşən "Əminə Market” mağazalar şəbəkəsində operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. Vergi ödəyicisinə məxsus 4 təsərrüfat subyektində vətəndaşların əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülməsi, malların elektron qaimə-faktura əsasında alınmasına nəzarət və nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması halları yoxlanılıb.

Nəzarət tədbirləri zamanı həmin mağazalarda ümumilikdə 200 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, onlardan 57 nəfərin əmək müqaviləsi şərtləri altında bilərəkdən xidməti müqavilə əsasında (bu, ümumu işçi sayının 28,5 faizini təşkil edir) cəlb edilməsi faktı aşkar olunub ki, bu da əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Daha 3 nəfərin isə heç bir müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni zamanda 5 halda nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı da aşkar edilib.

Nazirlik işəgötürənlərə xəbərdarlıq edib:

"Bir daha bildiririk ki, işəgötürənlər işçilərin əmək müqaviləsi əsasında işə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməli, habelə mal və pul vəsaitlərinin uçotdan gizlədilməsi hallarına yol verməməlidirlər. Vergi ödəyicisi tərəfindən əmək müqaviləsinin şərtləri altında işçilərlə xidməti müqavilənin bağlanması yolverilməzdir.

Xidməti müqavilə bağlamaqla vətəndaşlar işəgötürənin vergi və sosial öhdəliklərini öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əmək müqaviləsi olmayan və əməkhaqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin ödənilməməsi ilə rastlaşır və ən əsası, gələcəkdə pensiya təminatından məhrum olurlar”. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan nefti bahalaşıb

  Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Sfera.az-ın  məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,13 ABŞ dolla...

Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin SİYAHISI

 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmi...

SOCAR-ın prezidenti Neft Daşlarında olub

 Aprelin 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri əməkdaşların iş və məişət şəraiti ilə, koronavirus pandemiyasının...

"Hökumət kreditlərin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək"

 Azərbaycanda koronavirus infeksiyasının yaratdığı yeni şəraitdə hökumət bank kreditlərinin ödənilməsi məsələsinə 2 formada dəstək verəcək". Sfera.az...

Təbii qazın və benzinin qiymətini endirməyin iqtisadi əsası varmı? - RƏY

 Son günlər sosial şəbəkə üzərindən bəzi ekspertlər təbii qazın və benzinin qiymətlərinin aşağı salınmasına dair hökümətə çağırış edir. Bu barədə Sfe...

Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq - MÜSAHİBƏ

Almaniyanın dünya şöhrətli polad məmulatlarının istehsalçısı olan «Wilhelm Geldbach GmbH» Azərbaycanda fəaliyyət başlamağa hazırlaşır. Martın əvvəlində şirkə...