"Çelsi" Mertensin transferində israrlıdır
İdman
17:00 / 29.04.2020
2292
"Napoli”nin hücumçusu Dris Mertens karyerasını "Çelsi”də davam etdirə bilər.
Sfera.az xəbər verir ki, baş məşqçi Frenk Lempard bununla bağlı hər gün belçikalı futbolçuya zəng edir.
Bildirilir ki, Mertens əvvəlcə Neapolu tərk etmək istəməsə də, indi fikrini dəyişib.
Görünən odur ki, "Zadəganlar” yenə də belçikalı futbolçudan əl çəkmək fikrində deyil.