“Elmar Məmmədyarovun işdən çıxarılması...” – Deputatlar XİN-dəki əməliyyat haqda...

“Elmar Məmmədyarovun işdən çıxarılması...” – Deputatlar XİN-dəki əməliyyat haqda...

"Xarici İşlər Nazirliyində (XİN) rüşvətxorluq və korrupsiya ilə bağlı həbslərin keçirilməsi təbii ki, hökumətin anti-korrupsiya mübarizəsində davamlı fəaliyyət göstərdiyinin göstəricisidir. Bu həm də cəmiyyət üçün mesajdır ki, rüşvətxorluqla mübarizə heç də dayanmayıb, davamlı olacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyata münasibət bildirərkən Milli Məclisin deputatı Razi Nurullayev deyib:


 


"Hazırda XİN-də nələrin baş verdiyindən xəbərsizəm, ona görə də birbaşa onları günahlandırmaqdan uzağam. Lakin dövlət büdcəsini talayanlar , bu yolla özlərinə biznes quranlar doğru yolda deyil və maskalılar bir gün onların da qapısını döyə bilər. XİN strateji mühüm sahədir”.

 

Deputat qeyd etdi ki, sözügedən qurumda belə anormal halların baş verməsi bütövlükdə Azərbaycanın imicinə zərbə vura bilər: "XİN-nin bu məsələdən üzüağ çıxacağına inanmaq istərdim.Bu elə bir cinayət əməli olsun ki, dövlətimizin xarici siyasəti üzərinə ləkə salmasın. Ümid edirəm belə də olacaq. Elmar Məmmədyarova münasibətim mənfi deyil. Onu korrupsioner nazir hesab etmirəm, bununla bağlı faktlar yoxdur. Düzdür, onun övladları ilə bağlı məsələlər araşdırılmışdı.Lakin bu məsələ ilə bağlı da tam məlumata malik deyiləm. Elmar Məmmədyarov ölkənin xarici işlər naziridir, dövlətimizi dünyada təmsil edir”.

 

Bu səbəbdən də R. Nurullayev düşünür ki, yaranmış vəziyyətdə hələ bir çox məsələlər aydınlaşmadan Xarici İşlər Nazirinin hədəfə alınması Azərbaycan üçün doğru deyil: "Elmar Məmmədyarovun işdən çıxarılması Prezidentin səlahiyyətində olan məsələdir. Bu şəkildə XİN rəhbərinin birbaşa hədəfə alınması Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurar.Bu həm də Dağlıq Qarabağ konfliktinin həlli prosesində də müəyyən problemlər yarada bilər. Ona görə də indiki halda, nazirlikdə baş verən olaya görə Elmar Məmmədyarovun hədəfə gətirilməsinin tərəfdarı deyiləm”.



"Heç kəs özünü məsuliyyətdən azad hiss edə bilməz”


Bunu isə Milli Məclisin deputatı Aydın Mirzəzadə söylədi: "XİN-də keçirilən bu əməliyyat bir daha göstərir ki, dövlətimiz korrupsiyaya və vəzifədən sui-istifadəyə qarşı çox kəskin mövqe tutub. İlkin məlumatlar göstərir ki, Dövlət Təhlükəsizlik Xidmətində sözügedən qurumdakı vəziyyətlə bağlı ciddi şübhələr yaranıb. Hər kəs üçün aydın olur ki, heç kəs özünü dövlətdən üzərinə götürdüyü məsuliyyətdən azad hiss edə bilməz”.

 

Deputat Şahin Seyidzadə isə indilikdə məsələ barədə münasibət bildirməyin düzgün olmadığı qənaətindədir: "Ona görə ki, hazırda Dövlət Təhlükəsizlik Xidməti məsələ barədə ətraflı məlumat verəcəyini bildirib. İndilikdə bizə sensasiya lazım deyil. Proses ətrafında müxtəlif versiyalar irəli sürürlər. Mötəbər fikir qeyri-mötəbər fikirdən onunla fərqlənir ki, birincisi məlumatla bağlı mənbələrin nəticələrini gözləyir. Digərləri isə sadəcə yazır. Ona görə təklif edirəm ki, hər şey bitsin, sonra baxaq görək nə baş verib və onunla bağlı xüsusi bilgilər vermək lazım olacaqsa, bildirərik”.

  

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...