“Elman Rüstəmov daha dəqiq ifadələr seçməli idi...” – Baş bankir bu sözlərinə görə TƏNQİD OLUNDU

“Elman Rüstəmov daha dəqiq ifadələr seçməli idi...” – Baş bankir bu sözlərinə görə TƏNQİD OLUNDU

"Payız aylarında Azərbaycan bank sektorunu növbəti problemlər gözləyir”.


Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun keçirdiyi mətbuat konfransında tam yoxlama aparılarsa, bağlanan məlum 4 bankın taleyini yaşayacaq bankların sayının çox ola biləcəyilə bağlı fikirlərinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

 

Ekspertə görə, əslində baş bankirin bu tip açıqlamaları bank sektorunda yaranan gərginliyin artmasına səbəb ola bilər:"Fikrimcə, bu müstəvidə daha dəqiq ifadələr seçilməli idi. Çünki bank sektorunda 2018-ci ildən bəri müəyyən sabitlik yaranmışdı. Dolların məzənnəsinin dəyişməz qalması yenidən vətəndaşlarda manat depozitlərinə marağın artmasına gətirib çıxarmışdı. 4 bankın bağlanmasından sonra ardınca belə bəyanatın səslənməsi ən azından psixoloji olaraq bank sektoruna ciddimənfi təsir göstərir”.


N. Cəfərli düşünür ki, baş bankirin həmin açıqlaması daha çox banklara xəbərdarlıqdır. Amma vətəndaşlar da burdan pay götürdülər: "Banklar öz işini normal qurmalıdır ki, sonradan yaranan problemlərdən nə dövlət, nə də vətəndaş əziyyət çəkməsin. Payız aylarında bank sektorunda növbəti problemli dalğalar gözlənilə bilər. Çünki istehlak və biznes kreditləri var. Hazırda onların geri ödənşində problemlər yaranır. Pandemiya ilə əlaqədar qapadılmış sahələr var, nəticədə obyektiv olaraq insanların gəlirləri düşür. Bu tendensiya Azərbaycanda da müşahidə olunur. Ona görə də payız aylarında ölkəmizdə problemli kreditlərin həcminin artması gözləniləndir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR