Elman Nəsirovdan gülməli açıqlama: \"Dərsindən 3 alanlar potensial terrorçulardır...\"

Elman Nəsirovdan gülməli açıqlama: \
 

"2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur".

Dekabrın 10-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə dini-siyasi, iqtisadi, irqi, hərbi zorakılığına qarşı "Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanaqlılığın gücləndirilməsi" mövzusunda Bakıda beynəlxalq konfrans keçirilib.

Mediapost.az xəbər verir ki, tədbirdə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qiyorgiyev moderatorluq edib. O, çıxışında bütün dünya ölkələrində ekstremizmə qarşı birgə mübarizə aparıldığını vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında birgə tərəfdaşlığın güc dayanaqlığın artırılmasına, əmin-amanlığa şəraitin yaradılmasına, müxtəlif etnik qrupların fikir plüralizminə xidmət etdiyini deyib.

Tədbir iştirakçıları arasında yer alan millət vəkili Elman Nəsirov çıxışında beynəlxalq hüququn işləmədiyini vurğulayıb: "Bu gün beynəlxalq hüquq işləmir. Təəssüf ki, hüquq gücün qarşısında geri çəkilir, çünki balans pozulub".

E. Nəsirov ekstremistlərin potensial terrorçu olduğunu deyərək dünyanı onlardan təmizləmək lazım olduğunu bildirib:

"Necə edək ki dünyamızı bu qorxulu proseslərdən qoruyaq? Fikir vermisinizsə, radikalların hədəfində əsasən gənclərdir. Hətta bu məsələylə bağlı Amerikada gənclər arasında maraqlı eksperiment aparıblar. Nəticədə bəlli olub ki, əla qiymətlə oxuyan gənclər terrorçu olmurlar, 2 qiymətlə oxuyanlar da olmurlar. 3 qiymətlə oxuyan gənclər potensial terrorçudurlar. Belə gəncləri də dövlətə qarşı istifadə edirlər. Demokratik dövlətlərdə yaşayan gənclər əsasən 5 qiyməti alanlardır. 2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur. Azadlıqdan xəbəri olan, onu dadan, ancaq azadlığın ardını görməyən insanlar ekstremist olurlar.

Hazırda Azərbaycan parlamentində dini ekstremizmə qarşı qanunlar qəbul olunub, hətta qanunlara dəfələrlə düzəlişlər də olub. Məncə, ölkəmizin bu istiqamətdəki ən böyük töhfəsi mövcud olan multikulturalizmdir. Dünya liderləri deyir ki, multikulturalizm iflasa uğrayıb. Ancaq Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq konfranslara ev sahibliyi etməklə sübut göstərir ki, ölkədə multikulturalizm yaşam tərzimizdir, dövlət siyasətidir. Bu, təkcə dövlət siyasəti deyil, həm də ictimai sifarişdir, çünki insanlar bunu istəyir. Belə vəziyyət gələcəyimizin təminatıdır.

Cənab İlham Əliyev 2015-ci ildə Rusiya kanallarından birinə müsahibə verəndə bildirdi ki, bir neçə il əvvəl Avropada neofaşizm baş qaldıracağını desəydilər, inanmazdıq. Ancaq bu gün Avropanın mərkəzi küçələrində yürüşlər keçirərək, - "İslam stop!", - deyirlər. Biz belə vəziyyətdə birləşməsək, terroristlərlə birgə mübarizə aparmasaq kim deyə bilər ki, 5 il sonra hakimiyyətə radikallar gəlməyəcək? 1933-cü ildə Hitler hakimiyyəti zəbt etmədi, o, hakimiyyətə seçki yolu ilə gəldi. 6 il sonra nə oldu? 70 milyon insan məhv edildi. Biz mövqe bildirməsək, kim təminat verir ki, Avropanın böyük dövlətlərində ekstremistlər dövlət strukturlarında yer almayacaq? Bu suallar çox düşündürücüdür. Ona görə belə tədbirlərin keçirilməsi lazımdır".


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...