Əliyevlə Paşinyan Rusiyasız görüşür - Moskvanın reaksiyası...

Əliyevlə Paşinyan Rusiyasız görüşür - Moskvanın reaksiyası...
"Əliyevlə Paşinyan dekabrın 15-də Brüsseldə görüşəcək. Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində baş tutacaq görüşün təşəbbüskarı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Mişel Əliyev və Paşinyanla telefon danışığı aparıb və ilk razılığa vasitəçilik edib. Bakı və İrəvan toqquşmaların qarşısını almaq məqsədilə müdafiə nazirlərinin birbaşa əlaqə yaratması üzərində razılaşıblar”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, müdafiə nazirlərinin birbaşa əlaqə yaratması təkcə insidentlərin qarşısını almaq yox, həm də Bakı-İrəvan xəttində postmünaqişə dövrü üçün vacib olan münasibətlərin normallaşması baxımından da əhəmiyyətlidir:

"Bu, sonrakı dövrdə iki ölkəyə heç bir vasitəçi olmadan müzakirələr aparmaq imkanı verir və hər iki tərəfin maraqlarına uyğundur, xüsusilə Rusiyanın vasitəçilik adı ilə həyata keçirdiyi siyasət fonunda. Bu məsələdə Brüsselin vasitəsilə, yəni Rusiyasız razılaşma əldə olunması da diqqət çəkir. Çünki Moskva birbaşa təmasda heç vaxt maraqlı olmayıb. Brüsseldə Əliyev-Paşinyan görüşünün təşkili Aİ-nin sərhədin demarkasiya-delimitasiya prosesində vasitəçi olmaq, bunun üzərindən bölgədəki güc balansında yerini tutmaq niyyətindən qaynaqlanır. Bakı razıdır, Əliyev demarkasiya-delimitasiya prosesində İttifaqın texniki və mütəxəssis dəstəyindən yararlanmaq istədiklərini açıqlamışdı. Paşinyan da Brüsselin prosesdə iştirakında maraqlıdır.
Və hər iki tərəf üçün bundan Rusiyanın vasitəçiliyi qarşısına alternativ çıxarmaq, Moskvanın qurduğu masalarda maraqlarını müdafiə etmək üçün istifadə edə bilər”.

A. Nərimanlı görüşdə prioritet ola biləcək bir neçə məsələni qeyd edib:

"- Aİ-nin sərhədin müəyyənləşməsi prosesində hansısa formada iştirakı;

- Brüsselin humanitar məsələlərdə vasitəçiliyi: saxlanılan ermənilərlə mina xəritələrinin dəyişdirilməsi və s.

Görüşün keçirilməsi iki kontekstdə xüsusilə diqqət çəkir:

Birincisi, müharibədən sonra Əliyevlə Paşinyan ilk dəfə Rusiyanın vasitəçiliyindən kənarda bir araya gəlir. İkincisi, müharibənin ildönümündə üçtərəfli görüş planı baş tutmayan Moskvanı Brüssel – Qərb qabaqlayır. Rusiya buna seyrçi qalacaqmı?

Mümkündür ki, Rusiya Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırdığı Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcək. Və kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalarla Aİ-ni ofsayta salacaq”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...

Şirvanda narkotikə görə 6 nəfər HƏBS EDİLDİ - FOTO

Şirvanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.   Bu barədə Daxili İşlər Nazirliyindən...

Prezident: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri il...

Bu qan qrupu olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupunda olan insanların 60 yaşından əvvəl insult keçirmə riskinin digər qan qruplarına nisbətən daha yüksək olduğu açıqlanıb.   Sfera.az xəbə...

İlham Əliyev: "Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik"

Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublik...

Prezident: "COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır"

Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçün çox böyük şərəfdir.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Pr...