“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

“Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...” - Jurnalistin cəbhə qeydləri

Sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən döyüş xəbərləri barədə KİV nümayəndələrinin vasitəsi ilə məlumat alırıq.


Bir aya yaxındır ki, qaynar nöqtələrdə olan jurnalistlərin başına gələnlər, həmin ərazilərdə ümumi vəziyyətlə bağlı qeydləri media nümayəndələrinin öz dilindən almağa çalışacağıq.


 

 

Cəbhə qeydlərini ilk olaraq Real TV-nin xüsusi müxbiri Kamil Eldaroğlu Sfera.az-la bölüşüb.


"Tərtər yaralı, amma qəhrəman şəhərdir”,- deyən jurnalist yerli camaatın nə olur-olsun, yaşadıqları bölgəni tərk etməməyə niyyətli olduğunu bildirib:

"Sentyabrın 27-də cəbhənin Tərtər və Ağdam rayonu istiqamətində ezam olunduq. İlk getdiyim yer də Tərtər oldu. Səhər saatları olmasına baxmayaraq, düşmən təxribatı davam edirdi. Atılan ilk mərmi rayon mərkəzində bir fərdi yaşayış məntəqəsini dağıtmışdı.

 

Biz çəkiliş etdikdən sonra digər dəyən ziyanlarla bağlı və s. məlumatları ictimaiyyətə çatdırmağa çalışırdıq. Müharibə kənardan daha asan, yumşaq formada görünə bilər, amma nəzərə alın ki, artıq Tərtər istiqamətinə bu günədək düşmən tərəfindən 15 minədək ağır artileriya, mərmi atılıb. Dağıntıların miqyası isə olduqca böyükdür.Təkcə Tərtərdə cəbhədə vəziyyət gərginləşəndən bu yana 16 mülki insan həlak olub, 50-dən çox yaralı var.



 

Tərtər yaralı, amma eyni zamanda qəhrəman şəhərdir. İnsanların əhval-ruhiyəsi bütün bu olanlara rəğmən çox yüksək idi. RayonunŞıxarx qəsəbəsi var və ora gün ərzində düşmən tərəfindən rayona atılan 200-400 raketin yarısı düşür. Bütün bunlara baxmayaraq orada reportaj hazırlayanda yerli əhali samovar qoyub çay içirdilər və inanırdılar ki, bu samovar tezliklə Şuşada da qoyulacaq”.

 

"Əlimdə mikrafon, çiynimdə isə doğmamın cəsədi vardı...”


"Düşmənin atdığı mərmilər əsasən əhalinin sıx, kompakt yaşadığı ərazilərə düşürdü. Xalamoğlu da məhz ermənilərin atdığı mərmi nəticəsində həlak oldu. Düşünün ki, bir əlimdə mikrafon, çiynimdə isə onun cəsədi dəfnə yollandım. Bundan acılı-ağrılı heç nə yoxdur, bir jurnalist üçün. Bundan başqa düşən mərmilərdən biri ata evimə də ciddi ziyan vurmuşdu. Dəyən ziyanın heç bir önəmi yoxdur, təki qələbə olsun.



Ağdamda, Gəncədə də mülki əhali arasında ruh yüksəkliyi müşahidə etdim. Gəncədə mülki yaşayış obyektinə atəş açılmasından sonra dağıntılar altında qalan uşağın cəsədini morqda görmək çox ağrılı idi. Bu düşmənin hərbi-siyasi rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi terrorunun bir hissəsidir. Mən sadəcə bu vəhşiliyin bir hissəsini sizə çatdırıram. Maksimum çalışırdım ki, məlumatları rəsmi və dəqiq şəkildə əhaliyə təqdim edim”.

 

" Azı 10 dəfə ölümlə üz-üzə qalmışam...”


"Bu dəfə həm də çox qəribə hal müşahidə etdim. Cəbhə bölgəsində olan bütün jurnalistlər, xarici media da daxil olmaqla xüsusi birlik göstərdi. Kimsə dəqiqliyi, operativliyə qurban vermək istəmirdi. Sanki cəbhədə bir jurnalist ordusu var idi. Düşünürəm ki, arxa cəbhədə olan media əsgərlərinin hər biri qəhrəmandır. Tərtərdə olduğumuz müddətdə azı 10 dəfə həyatı təhlükə ilə üz-üzə qalmışıq. Atılan mərmilər haradasa bizdən 15-20 metr məsafədə partlayırdı.



Həyatımda ilk dəfə işğaldan azad olan əraziyə - Talış kəndinə ayaq basdım. O qədər gözəl relyefi var idi ki, sanki orada həyat başqa idi. Çox təəssüf ki, düşmən orada daş üstündə daş qoymayıb, amma təbiətin gözəlliyi füsunkar dərəcədə idi.

 

Geri dönüş etməyimiz müvəqqətidir. Yəqin ki, növbəti həftə yenidən cəbhəyə yollanıb, izləyicilərimizi bol informasiya ilə təmin etməyə davam edəcəyik. Əsas olan odur ki, şanlı ordumuz tərəfindən itiqovan əməliyyatı davam edir”.

 

Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...