Əli Həsənov dövlətə dəstəklə bağlı paylaşımlarını sildi

Əli Həsənov dövlətə dəstəklə bağlı paylaşımlarını sildi
Son dövrlərə qədər aktiv "Facebook” istifadəçilərindən olan PA-nın sabiq şöbə müdiri Əli Həsənovun sözügedən sosial platformadakı paylaşımlarına uzun müddətdir ki rast gəlmək olmur. Belə ki, Əli Həsənov daha əvvəl ölkə gündəmi ilə bağlı məsələləri öz statusları ilə şərhləri və əvvəlki dəst-xəttinə uyğun qaydada paylaşımları ilə sosial şəbəkə aktivliyini saxlamaqla gündəmdə qalmağa çalışırdı.

Hətta Əli Həsənov paylaşımlarının şərh bölümündə ona yönələn ittihamları da ara-sıra cavablandırırdı.
Xüsusilə də, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərlinin məhkəmə işi ilə bağlı yeni iddialar səsləndirildikdən sonra, avqustun 21-də Əli Həsənovun məhkəməyə çağırılması onun feyzbuk səhifəsində izləyici aktivliyini daha da artırdı.

Lakin...

Məhkəməyə çağırılmasının üzərindən heç iki ay belə keçməmiş – oktyabrın 7-də, özünün şantaj olunması haqqında məşhur tvitindən sonra Əli Həsənov özünün feyzbuk profilini bağladı. Bundan əlavə, Həsənovun öz adına səhifəsi hələ də aktivdir. Lakin bu səhifədən edilən ən son paylaşım iyul ayının 13-nə təsadüf edir.

Xüsusilə diqqətdən yayınmayan məqam isə, Əli Həsənovun feyzbuk fəaliyyətində əsas yer tutan mövzularda – Prezidentin siyasi kursuna dəstək nümayiş etdirən, eyni zamanda müharibə zamanı dövlətçilik və vətənpərvərlik mövzusunda edilən paylaşımları silməsidir.
Əli Həsənovun "Facebook”da birdən-birə bu cür radikal dəyişikliklər etməsi isə bir sıra cavabsız sualların yaranmasına səbəb olub:

Əli Həsənovu "Facebook”dan küsdürən səbəb nədir?

Görəsən, Əli Həsənovun növbəti dayanacağı müxalifət düşərgəsimi olacaq?

Qeyd edək ki, Əli Həsənov PA-da tutduğu vəzifəsindən 2019-cu ilin noyabrında azad olunub. Eyni zamanda sabiq dövlət məmuru 2020-ci ilin martında YAP-ın İdarə Heyətindən də xaric olunub.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...