Əli Əsədov Qazaxıstanın yeni baş naziri ilə danışdı

Əli Əsədov Qazaxıstanın yeni baş naziri ilə danışdı
Bu gün Baş nazir Əli Əsədovla Qazaxıstanın yeni təyin olunmuş Baş naziri Alixan Smailov arasında telefon danışığı olub.  

Sfera.az xəbər verir ki, Baş nazir Ə.Əsədov A.Smailovu Qazaxıstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Danışıq zamanı Azərbaycan-Qazaxıstan dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilərək, əlaqələrin birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.

Azərbaycanın son günlər qardaş Qazaxıstanda baş verən hadisələri narahatlıqla izlədiyi bildirilib, vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə olunub.

Baş nazir Ə.Əsədov Qazaxıstandakı hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı A.Smailova başsağlığı verib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Komando hərbi hissəsində təlim məşqləri keçirilib - VİDEO

Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) hərbi hissəsində təlim məşqləri keçirilib. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən...

Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb - FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini Kamarudin Caffarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ...

"Zaxarova rus sülhməramlılarını ifşa etdi" - Siyasi şərhçi

"Zaxarova verdiyi açıqlama ilə Rusiya sülhməramlılarının Valeri Pekresin Qarabağa qanunsuz səfərinə şərait yaratdığını etiraf etmiş oldu”.   Sfera.az xəb...

Paşinyan yenə Putinə zəng etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müz...

I vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Sfera.az xəbər veri...

Bakı şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirildi

Bakı şəhər Prokurorluğu orqanları ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübariz...