Əli Əhmədovdan Sərdar Cəlaloğluna irad: \"Niyə ağlına gələn bəyanatlarla çıxış edirsən?\"

Əli Əhmədovdan Sərdar Cəlaloğluna irad: \
 

"Heç bir təşkilat hansısa ölkənin daxili işinə qarışa bilməz. Onlar yalnız müşahidə apara bilərlər, kiminsə seçilməsi ilə bağlı məsələlərə müdaxilə etməyə ixtiyarları yoxdur".

Sfera.az bildirir ki,  bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışına münasibət bildirərkən deyib.

O, S. Cəlaloğlunun Prezident İlham Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü ilə bağlı səsləndirdiyi fikirlərə də cavab verib, ona bilmədiyi məsələlərdən danışmamağı tövsiyə edib.

 

"Patruşevlə danışıqlarda sən Sərdar Cəlaloğlu iştirakmı etmisən? Bilmədiyin halda, niyə ağlına gələn bəyanatlarla çıxış edirsən? Bizdə də "Dostluq" ordeni var. Rusiyada da, həmçinin, bu ənənə davam edir. Dövlətlər və ölkələrarası münasibətlərə töhfə görə verilir. Qeyri-ciddi fikirlər səsləndirməklə mətbuatı çaşdırmaq lazım deyil. Biz burada dedi-qodu ilə məşğul olmamalıyıq. Müzakirə mövzusu başqadır. Etiraf etmək lazımdır ki, Azərbaycanın hansısa səviyyəyə qalxdığını hər kəs yaxşı bilir. 20 il əvvəlki Azərbaycan indiki kimi idi?", - deyə Ə. Əhmədov bildirib.

Qeyd edək ki, S. Cəlaloğlu tədbirdə çıxışı zamanı deyib ki, beynəlxalq hüquqa görə, xarici təşkilatların ölkədə seçki prosesinə müdaxiləsinə imkan verilməlidir.

Azərbaycanın bəzi siyasətçilərinin Rusiyanın "Dostluq" Ordeni ilə təltif olunmasını anlamadığını bildirən S. Cəlaloğlu N. Patruşevin səfərinə də toxunub, Rusiyanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...