Ekspert: \"Valyuta ehtiyatları iqtisadiyyatımız üçün etibarlı \"təhlükəsizlik yastığı\" formalaşdırıb\"

Ekspert: \

Ötən həftə Vyanada OPEC üzvü olan və qeyri-OPEC ölkələrin ("OPEC+") nazirlərinin görüşünün nəticəsiz başa çatmasından sonra neft kəskin ucuzlaşıb.

Ümumiyyətlə, neftin qiymətində əhəmiyyətli titrəyişlər milli iqtisadiyyat üçün hər hansı ciddi fəsad yarada bilərmi?


Sfera.az xəbər verir ki,  Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Amal Həsənli "APA-Economics"ə bununla bağlı açıqlamasında neftin qiymətinin artıb-azalmasının bu xammalı ixrac edən ölkələrin iqtisadiyyatında şok yaratmasının hazırda Azərbaycan üçün aktual olmadığını deyib.


 

"Hökumətin həyata keçirdiyi iqtisadi islahatlar, xərclərin optimallaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması yönündə görülən işlər neftin qiymətində baş verə biləcək hər hansı enmələrin milli iqtisadiyyatda yarada biləcəyi fəsadları minimuma endirib.

 

Bundan başqa, SOCAR-ın timsalında Azərbaycanın xarici ölkələrdə sərmayələri gəlirlərimizin şaxələnməsini və davamlılığını təmin edib ki, bu da neftdən asılılığı azaldan daha bir vacib amildir. Eyni zamanda neft satışından gələn vəsaitlərin akkumulyasiyası nəticəsində yaranan valyuta ehtiyatları iqtisadiyyatımız üçün etibarlı "təhlükəsizlik yastığı" formalaşdırıb. Bu "yastıq" neftin qiymətinin büdcədə nəzərdə tutulan həddin altında olması təqdirdə uzunmüddətli dövr ərzində milli iqtisadiyyatın dayanıqlığını təmin etməyə imkan verəcək", - deyə ekspert bildirib.


A. Həsənlinin fikrincə, qiymətin uzun müddət aşağı olmasının milli valyutanın məzənnəsinə mənfi təsirlərini azaltmaq üçün bir sıra profilaktik addımların atılmasına ehtiyac var: "İlk növbədə, valyuta bazarında yarana biləcək təşvişin neytrallaşdırılması üçün süni valyuta qıtlığı yaratmaq cəhdlərinin qarşısı qətiyyətli şəkildə alınmalıdır. Digər tərəfdən, Mərkəzi Bank valyuta bazarına daha aktiv şəkildə intervensiya həyata keçirməli və xarici valyutada kreditləşməyə məhdudiyyətlər tətbiq etməlidir".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...