Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində Karbamid zavodunun mühüm rolu var”

Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində Karbamid zavodunun mühüm rolu var”

2019-cu il yanvarın 16-da SOCAR-ın Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodunun açılışı keçirilib.

Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Zavodun məhsulu ixrac olunmaqla yanaşı, daxili bazara da yönəldilir.

Bəs, bu zavodun ölkə iqtisadiyyatı üçün hansı üstünlükləri var? Ümumiyyətlə, bir il ərzində zavod hansı töhfələr verib?

Zavodun fəaliyyətini şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, Karbamid zavodunun istismara verilməsi ilə Azərbaycanın qeyri-neft sektoruna böyük töhfə verilmiş oldu. O qeyd edib ki, bu zavod kimya sənayesi ilə əlaqəli olsa da, bilavasitə onun məhsulları qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli olduğundan fəaliyyətini birmənalı şəkildə ölkənin qeyri-neft sektoru üçün vacib hadisə hesab etmək olar: "Karbamid zavodunun fəaliyyəti ölkədə bilavasitə qeyri-neft sektorunun inkişafı üçün olduqca zəruri əhəmiyyət kəsb edir. Zavodda istehsal olunan məhsul kənd təsərrüfatı üçün olduqca gərəklidir. Zavod kənd təsərrüfatını karbamid gübrəsi ilə təmin edir”.

Ekspertin qənaətincə, bu zavodun Azərbaycanda olması hər şeydən öncə xarici valyutanın ölkədən axınının qarşısının alınma vasitələrindən biri hesab olunmalıdır. "Əvvəllər karbamid gübrəsi xaricdən gətirilirdi. Zavodun fəaliyyətinin ən mühüm əhəmiyyəti odur ki, bu məhsullarla bağlı ölkədən xarici valyuta axınının qarşısı alındı. Həmin zavodun fəaliyyətinin ən birinci əhəmiyyəti budur”,- deyə o vurğulayıb.

P.Heydərov xatırladıb ki, zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) çərçivəsində tikilib. Ekspert bildirib ki, bu isə həmin zavodun ölkənin aqrar sektoru üçün nə cür əhəmiyyət kəsb etdiyinin əsas göstəricisidir.

O, zavodun məşğulluq yaratmaq baxımından da əhəmiyyətini vurğulayıb: "Zavod elə formada investisiya qoyularaq təşkil olunub ki, orada istismar dövründə 400-500 nəfər işlə təmin olunur”.

İqtisadçı-ekspert zavodun ölkəyə valyuta cəlb etmək baxımından da rolunu qeyd edib. "Zavodda istehsal edilən məhsul daxili tələbatı ödəməkdən əlavə, həm də ixrac edilir. Beləliklə, ölkəyə valyuta cəlb olunur, xarici valyuta gətirilməsi təmin edilir. Yəni, bu zavodun əhəmiyyəti çox böyükdür”,- o bildirib.

P.Heydərov, həmçinin əlavə edib ki, zavod son bir il ərzində ölkənin ixrac potensialının genişləməsi, ölkədən qeyri-neft məhsullarının ixracının genişlənməsi tempində mühüm rol oynayır: "2019-cu ildə ölkədə qeyri-neft xarakterli məhsulun ixracında əldə edilən valyutada bu zavodun da fəaliyyətinin mühüm rolu olub”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...